Müstəqil Azərbaycanın milli dövlətçiliyinin memarı, ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü xalqımız tərəfindən böyük hörmət və ehtiramla qeyd edilir. Bu günlər hər birimiz Heydər Əliyevin Vətən və millət qarşısında misilsiz xidmətlərini bir daha minnətdarlıq hissi ilə xatırlayırıq.Ümummilli liderimiz müstəqil dövlətimizin hüquq sistemində ədliyyə orqanlarının mühüm rolunu dəfələrlə qeyd etmiş, onun mahiyyətcə təkmilləşdirilməsinə xidmət edən islahatlar həyata keçirmişdir. Bu islahatların nəticəsidir ki, Ədliyyə Nazirliyinin Penitensiar xidməti səmərəli struktur kimi fəaliyyət göstərir.
“Xalq hakimiyyəti” qəzetinin baş redaktoru, görkəmli ədib Mir Cəlal Paşayevin və onun övladlarının nəsil şəcərəsinə həsr olunmuş “Soy ağacı” və "İlahi nur" kitabların müəllifi tədqiqatçı – jurnalist Dəyanət Səlimxanlının dövlətin cəza siyasətini səmərəli nəticələrlə yerinə yetirən Penitensiar xidmətin rəhbərliyinə təşəkkür məktubu yazmışdır. Həmin məktubu dərc edirik:
“Azərbaycan Respublikası Ədliyyə Nazirinin müavini - Penitensiar xidmətin rəisi, ədliyyə general-leytenantı cənab Ceyhun HəsənovaCənab general-leytenant!Dahi şəxsiyyət, xalqımızın Ümummilli Lideri, müstəqil dövlətçiliyimizin qurucusu və memarı Heydər Əliyevin, onun siyasi kursunun davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin əvəzsiz xidmətləri sayəsində Ədliyyə Nazirliyinin fəaliyyət dairəsi genişlənmiş, cəmiyyətdəki rolu və əhəmiyyəti artmışdır. Dövlətin cəza siyasətində ən uğurlu islahatlar aparılmışdır. Məhkumların və təqsirləndirilən şəxslərin hüquq və azadlıqlarının, qanuni mənafeyinin qorunması, onların saxlanma şəraitinin yaxşılaşdırılması üzrə həyata keçirilən tədbirlər insanlar tərəfindən çox yaxşı qarşılanır.Penitensiar xidmətin müəssisələrində bütün məhkumlara olduğu kimi jurnalistika fəaliyyəti ilə məşğul olub, sonrada həbs edilmiş məhkumlara da diqqət və qayğını çox yüksək qiymətləndiririk.
Penitensiar xidmətin sistemində, o cümlədən Müalicə müəssisəsində görülən ardıcıl və məqsədyönlü işlər - məhkumların sağlamlığının qorunması, onlara tibbi xidmətin lazımi səviyyədə təşkili müsbət ictimai rəy yaratmışdır. Araşdırmalarımız nəticəsində məlum olmuşdur ki, Penitensiar xidmətin Müalicə müəssisəsinin maddi-texniki bazasının gücləndirilməsi, yeni avadanlıq və cihazlarla təchiz edilməsi, xəstəliklərin proqfilaktikası istiqamətində xeyli iş görülmüşdür. Biz bunu xalqımızın xilaskarı, müstəqil və suveren dövlətimizin simvolu, xarizmatik siyasət dahisi Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə Penitensiar xidmətin bu sağlamlıq ocağının töhfəsi kimi qəbul edirik.Penitensiar xidmətin qarşısında duran vəzifələrin layiqincə yerinə yetirilməsində fəaliyyət istiqamətinə görə əməyini əsirgəməyən Müalicə müəssisəsinin rəhbəri Mail Məmmədova və baş həkim Zahir Əliyeva təşəkkürümüzü bildiririk”.
Millitv.az