Axtarış...

`Bizim ev` kimin ÇƏTİRİ ALTINDADIR? - İDDİA VAR...



Mənzil Tikinti-Kooperativləri (MTK) ilə bağlı problemlər neçə ildir ki, bitib-tükənmək bilmir. Əksinə, bu problemlər günü-gündən daha da dərinləşir, cəmiyyətdə böyük narazılıq yaradır. Təsəvvür edirsiniz, bir müddət əvvəl Gədəbəyin Söyüdlü kəndindəki narazılıq cəmiyyətdə böyük rezonans yaratdı, hətta məsələyə Cənab Prezident səviyyəsində münasibət bildirilərək hadisələrdə günahı olanlar kəskin tənqid olundu.
Bu bir kənddə və kənd miqyasında baş verən problem idi. İndi təsəvvür edin ki, MTK-ların yaratdığı problemlər az qala ölkənin yarısını, paytaxt Bakını, böyük şəhərləri və ən əsası 100 minlərlə insanı əhatə edir. Təsəvvür etdinizmi, hansı miqyasda narazılıqdan söhbət gedir.
Yeri gəlmişkən, bu yaxınlarda Nizami rayonu, Qara Qarayev metrosuna yaxın yaşayan bir tanışımın xəstə-əhval-ruhiyyəsini görəndə narahat oldum və soruşdum ki, səhhətində problem var..? İlahi, tanışım nələr danışdı...O, dedi ki, ailəmlə yaşadığım binanın yaxınında MTK 15 mərtəbəli bina tikir, nə gecəmiz var, nə gündüzümüz, nə səhərimiz var, nə axşamınız, gecələr tikintidəki hay-küydən yata bilmirik, hamımız xəstə-nevroz olmuşuq...
İndi təsəvvür etdinizmi, bu MTK-lar insanların başına hansı oyunları açırlar..? Bu ölkədə MTK-lar bir mənzili neçə nəfərə satar..? Binanın fundamenti-özülü qoyulanda, Allah qoymasa, 5-10 ilə tikiləcək binanın mənzilləri satılır, özü də bir mənzil bir neçə nəfərə... Biz bir media olaraq MTK məsələsini tam araşdırmışıq və ötən yazılarımızın birində təklif etdik ki, barı Rusiyadan nümunə götürün. Belə ki, Rusiya parlamenti qərar verib ki, binanın tikintisi başa çatmadan, hətta bina dövlət qurumlarına təhvil-təslim edilmədən vətəndaşlara mənzil satıla bilməz. Bu qanunu qəbul etmək, görəsən, bizim deputatlar üçün niyə çətindir...?
Görəsən, Milli Məclisdə kimlər MTK-lara lobbiçilik edir..? Belə qanunsuzluq edən MTK-lardan biri də “Bizim Ev” MTK-dır. Dəfələrlə yazmışıq ki, “Bizim Ev” MTK Yasamal rayonu, Zərdabi küçəsində “Məhsul” stadionunun ərazisni, hətta idmançıların soyunub-geyinmə otağını, Mədəniyyət Nazirliyinin balansında olan fabrikin yerini zəbt edərək bina tikir. Apardığımız araşdırma zamanı məlum oldu ki, bu stadionun qanuni sahibi olan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ( sədri, millət vəkili Səttar Möhbalıyevdir ) deyir ki, tikintidən xəbərimiz yoxdur. Sənin balansında olan stadionun ərazisində, az qala, 20 mərtəbəli bina tikilir, necə bundan xəbərin olmaya bilər, cənab millət vəkili..? Möhbalıyevdən soruşan lazımdır ki, Azərbaycan Həmkarlar İttifaqlarının İdman Təşkilatları Assosiasiyasının keçmiş sədri Nadir Əliyevi və “Yasamal” idman-sağlamlıq klubunun sabiq direktoru Alik Həsənovu tanımırsan..? Bunların həbs olunmasından da bəlkə xəbərin yoxdur..? Həmin idman stadionunun 5.5 milyona satılmasından söhbət gedir, cənab Möhbalıyev...
Yuxarıda adı keçən iki şəxs də həbs olunub və onlar sizin məhkəmədə dindirilməyinizi istəmişdirlər, amma məhkəməyə gəlmədin..? Bəlkə bunlar yalandır..? Hələ bu harasıdır..? “Bizim Ev” MTK Mədəniyyət Nazirlriyinin balansında olan fabrikin də ərazisini zəbt edərək bina tikir... “Bizim Ev” MTK təkcə bina tikmir ee, ətrafda yaşayan sakinlərin başına gecə-gündüz toz-torpaq, qum-çınqıl ələyir... Məhəllə daxilindəki yolları məhv eləyib, valideynlər qorxusundan uşaqlarını həyətə buraxa bilmir və daha nələr... O gün həmin həyətdən reportaj hazırlayanda gördüm bir nəfər çox nalayiq söyüşlərlə kimlərisə söyür. Hətta bildirir ki, mənim maşınımın üzərinə beton qırıntıları tökənin və gəlib-aparıb maşınımı düzəltməyənin arvad-uşağı, qızı-gəlini... Mən isə tanımadığım həmin şəxsdən soruşanda ki, niyə məhkəməyə müraciət etmirsən? Cavabı o oldu ki, bu binadan vəzifəli adamların hamısına ev paylayıblar... Heç kim ona heç nə demir... Elə biz də fikirləşdik ki, yazıq kişinin, deyəsən, söyməkdən başqa əlindən heç nə gəlmir...
Təsəvvür edirsiniz, 5-6 il əvvəl rayonda dana otaran Mürşüd adlı birisi, paytaxt Bakıda 20 mərtəbəli bina tikir... İndi Bakının gələcəyini təsəvvür edin. Yaxşı, bütün bunlar öz yerində, bəs dövlət qurumları hara baxır..? Nə üçün Həbib adlı bu binanı tikəni həbs etmir? Bu tikinti zamanı yüzlərlə ağac kəsilib, yaşılıq məhv edilib...Hara baxırsınız, cənab Ekologiya Naziri Muxtar Babayev...? Tikintidə Təhlükəsizlik qaydalarına görə məsuliyyət daşıyan FHN hara baxır..? Bəs bu boyda paytaxtın, sonra Yasamal Rayon İcra Hakimiyyətləri niyə bu fəlakəti görmür..? Gözünüzü açın cənablar, bir azdan gec olacaq... Bizim vəzifəmiz yazmaq, demək və dövlətə çatdırmaqdır.
P. S. Əlbəttə ki, kimsə tikinti tikərək öz mənafeyini güdürsə, ətrafdakı qonşuları nəzərə almayaraq onların mülkiyyətlərini dağıdırsa, nəinki yuxarıda söyülən söyüşlər, ondan da betəri ziyan vuranın ölüsünə-dirisinə, yaxınlarına, hər şeyinə getsin... //gundelik-baku.com//
Text-to-Speech

DİNLƏ






Şərh yaz