Axtarış...

TƏLƏS,ZAUR... Ağstafada fermerlər BATIR... - NARAZILIQ VAR!


Fazil Qurbanov Ağstafa rayonunun Qırlı kəndində cörəyini torpaqdan cıxaran fermerlərdəndir. Bu il fermer 15 hektar günəbaxan, 3 hektar yonca və 5 hektar taxil əkib. Fazil Qurbanov deyir ki, ümumilikdə 23 hektar əkin əkərək 20 min manata yaxın xərc cəkib, amma suvarma suyunun olmaması səbəbindən məhsul batıb.

Fermer su problemi ilə əlaqədar Rayon İcra Hakimiyyətinə şikayət edib. Rayon rəhbərliyindən nümayəndə gəlib əkin sahələrinə baxış da keçirib, problemlə yarində tanış olub. Amma o, çıxıb gedəndən sonra da heç bir tədbir görülməyib. 6 hektar sahəsinə heç ümumiyyətlə su dəyməyib.

“Mənə ekskovator verdilər ki, arxını təmizlət, sənə su veriləcək. Mən də təmizlətdim, amma əziyyətim özümə qaldı, yenə su verilmədi” – deyən Fazil Qurbanov deyir ki, üç övladının ikisi 1-ci qrup əlildir: “Əlil uşaqlarıma verilən sosial müavinəti torpağa qoyuram ki, sabah ehtiyacımı ödəyə bilim. Amma mənə o şəraiti yaratmırlar. Yalandan baş qatırlar. Xahiş edirəm, aidiyyəti qurumlar bu məsələ ilə əlaqədar ölçü götürsünlər. Hər il eyni vəziyyəti yaşayıram…”

Onu da qeyd edək ki, Qırlı kəndində ili zərərlə başa vuran təkcə Fazil Qurbanov deyil, bir cox fermerlər suvarma vaxtı bol su olsa da belə, suya həsrət qaldıqlarını bildirilər. Fermerlərdən Altun Nağıyev də deyir ki, su dərdindən 12 hektar sahədə əkdiyi taxıl batıb. Ardından günəbaxan əkib, onun da yarısını suvarıb, yarısına su ala bilmədiyindən yanıb.

Maraqlı məqam odur ki, il ərzində əkin sahəsini bir dəfə belə suvara bilməyənlərlə müqayisədə Sudan İstifadə Edənlər Birliyinin rəhbəri Elman Kazımovun əkin sahələrə yam-yaşıldır. Fermerlər deyirlər ki, suvarma suyu təsərrüfatı sanki ona xidmət edir.

Ümumiyyətlə, Qırlı kəndi rayonun ən cox əkinciliklə məşğul olan kəndi sayılır. Fermerlər bildirdilər ki suvarma dönəmində kəndə 700 — 1000 litr arası su verilir ki, bunun da çoxu Birlik rəhbərinin təsarüfatına ötürülür. Bunu Elman Kazımovun il ərzində bir neçə dəfə biçilən yonca sahələri də deməyə əsas verir.

Hazırda Anbardan suyun verilişi 20 gündür ki, dayanıb. Ağstafaşay Su Anbarından bildirdilər ki, bir aydan sonra payız suvarması başlanıldığı vaxt suyun verilişi başlayacaq. Suvarma Sistemləri İdarəsinin bazasında yaradılmış su birlikləri əhali ilə yaxın təmasda olaraq suyun bölgüsünü də özləri aparır. Lakin görünən odur ki, nəinki bölgü əsasında su verir, hətta fermerlərin əkin sahələri quruyub yandığı halda birlik rəhbərinin əkin sahəsi bolluca sudan istifadə edir.

Məsələ ilə bağlı Su Birliyinə etdiyimiz müraciət cavabsız qaldığından, üz tutduq Ağstafa Rayon İcra Hakimiyyətinə. Rayon rəhbərliyindən bildirdilər ki sakinlərin şikayətindən xəbərdarıq, qısa müddətdə məsələ araşdırılacaq, məsil şəxs cəzasını alacaq.

Deryaz.az


Daha çox xəbər

Şərh yaz