Axtarış...

Uşaq bağçalarını QAZANC YERİNƏ ÇEVİRƏNLƏR... - "...bu cinayətləri görmürlər?"



Cəzasızlığı gərən Azərbaycan məmurları sələflərinin “korrupsiya irsini” qoruyub saxlamaqdan və hətta öz mənəvi atalarına “layiq olmaq” üçün hər cür cinayətə getməkdən çəkinmirlər...
Ölənə rəhmət deyirlər, adətimizə görə. Rəhmətlik sabiq İcra başçısı Nizaməddin Quliyevlə Lalə xanım birləşib uşaq bağçalarını rüşvət, korrupsiya, biznes obyektinə çevirdilər. Bəli, sabiq icra başçısı, Lalənin vasitəsilə bağça müdirləri ilə şərik olub, uşaqlara ayrılan ərzaq məhsullarını satıb mənimsəyirdilər. Bu azmış kimi, uşaq bağçalarının təmirinə, avadanlıqlarının alınmasına ayrılan dövlət vəsaiti də mənimsənilirdi. Bu hələ harasıdır..? Uşaq bağçaları “ölü canlar” məkanına çevrilmişdi. Uşaq bağçalarında müəllim və dayələrin sayı kağız üzərində çox olsa da bir çoxu işə çıxmırdı. Onların maaşlarını isə icra hakimiyyəti ilə bağça müdirələri bölürdü. Belə problemlərin sayını kifayət qədər artırmaq olar. Amma nə faydası..?
Sözün qısası, neçə ilin eksperimentindən sonra uşaq bağçaları yenidən Təhsil Nazirliyinin tabeçiliyinə qaytarıldı. Və yenə hamı düşünür ki, bəlkə də vəziyyət düzəldi. Amma atalar deyib ki, bəlkəni əkiblər, bitməyib.
Uşaqlara ayrılan ərzaq məhsullarının yarıdan çoxu məkanına çatmıır. Və uşaqlara içərisində 2-3 vermişelin üzdüyü sudan ibarət sup verilir. Yəni körpə balaların qidalanması lap bərbad vəziyyətdədir. Düzgün qıdalanmadığı üçün uşaqlar tez-tez xəstələnir. Və digər problemlər.
Görəsən Ağstafa rayon icra Hakimiyyəti, Təhsil Nazirliyi və digər qurumlar bu cinayətləri görmür..?
Ələddin Qarayev
Teref.az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz