Vətəndaşlar MTK-nın əlində qalıblar... - NƏ ETSİNLƏR?
Facebook
Twitter
Вконтакте
Одноклассники
Google+
Bura Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən yaşayış binalarıdır. Bina sakinlərindən Bəxtiyar Bayramov və Ağalar Cavadov binanı tikən “ESKA” MTK-dan şikayətçidirlər. Onların sözlərinə görə tikinti şirkətə onlara aldıqları mənzillərin çıxarışını vermir.
Bəxtiyar Bayramov əlavə edir ki, onlar evləri notarial qaydada almasalar da, onlardan notarial qayda da təsdiq edilmiş sənədlər istəyirlər. Ağalar Cavadov da evi başqasının adına aldığını deyir.
Şikayətçinin sözlərinə görə, tikinti şirkəti onlardan əlavə pul almaq üçün çıxarışı vermir.
“ESKA” MTN-nın rəhbər şəxslərindən Roza Səfərova barəsində səsləndirilən iddiaların doğru olmadığını deyib. O, tələb etdiyi sənədlərin şikayətçilər tərəfindən ona təqdim ediləcəyi halda mənzil çıxarışlarını verəcəyini bildirib. Şikayətçilər deyir ki, Roza Səfərova söz versə də, onların mənzil çıarışını özlərinə təhvil vermir.