Azərbaycan Respublikas Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 6 saylı Cəzaçəkmə Müəssisəsi avadanlıqların satınalınması üzrə keçirmiş oluğu açıq tenderi tamamlayıb və dövlət satınalmalarının vahid intenet portalına 17.08.2023-cü il tarixdə yerləşdirilmiş məlumata görə “NUR TƏCHİZAT VƏ XİDMƏT” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 102.717,41 manat məbləğində satınalma müqaviləsi bağlamağı planlaşdırır.Açıq tenderin şərtlərinə görə MMC dövlət müəssisəsinə göstərilən məbləğin dəyərində laminad , faner, taxta, qırmızı şam, quru, metal boru, pvs yapışqanı, mebel şurupu, Mismar və s. kimi materiallar alacaq.
Satınalma müqaviləsinin maraqlı tərəfi “NUR TƏCHİZAT VƏ XİDMƏT” MMC-nin cəmi bir neçə ay əvvəl yaradılmasındadır. Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “NUR TƏCHİZAT VƏ XİDMƏT” Məhdud Məsuliyyətli Cəmiyyətinin 05.05.2023-cü il tarixdə Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı cəmi 2 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ SURAXANI RAYONU, HÖVSAN ŞTQ, MUĞAN, ev 7, GİRİŞ 72, MƏRTƏBƏ 1, m. 4, qanuni təmsilçisi kimi isə Yusifzadə Nərmin Tahir qızı qeyd olunub.
Qeyd edək ki, 6 saylı Cəzaçəkmə Müəssisəsini tərəfindən keçirilən açıq tender müsabiqəsinin şərtlər toplusunda başlanma tarixi 12.07.2023-cü ilə, zərflərin açılış tarixi isə 11.08.2023-cü il tarixə müəyyən edilib. “NUR TƏCHİZAT VƏ XİDMƏT” Məhdud Məsuliyyətli Cəmiyyəti isə 05.05.2023-cü il tarixində, yəni müsabiqənin başlanılmasından 3 ay əvvəl dövlət qeydiyyatına alınib.
Daha bir maraqlı məqam isə sözügedən MMC-nin qanuni təmsilçisi ilə bağlıdır. Apardığımız araşdırmalar zamanı məlum oldu ki, Ədliyyə Nazirliyi Penitensiar Xidməti “NUR TƏCHİZAT VƏ XİDMƏT” MMC-nin qanuni təmsilçisi Yusifzadə Nərmin Tahir qızının adına olan başqa bir MMC- ilə də işbirliyində olub. Belə ki, Penitensiar Xidmətinin 12 saylı Cəzaçəkmə Müəssisəsi 2021-ci il noyabr ayının 14-də yumşaq inventarların satınalınması üzrə keçirdiyi kotirovka sorğusunda “NUR GENERAL SUPPLIER” Məhdud Məsuliyyətli Cəmiyyətini qalib seçib. Kotirovka sorğusunun şərtlərinə görə MMC dövlət müəssisəsinə 33 405.4 manat dəyərində parça, sap, ipək sap, pambıq kimi materiallar alıb.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “NUR GENERAL SUPPLIER” Məhdud Məsuliyyətli Cəmiyyətinin 13.10.2022-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ SURAXANI RAYONU, HÖVSAN ŞTQ, MUĞAN, ev 7, GİRİŞ 72, MƏRTƏBƏ 1, m. 4, qanuni təmsilçisi kimi isə Yusifzadə Nərmin Tahir qızı qeyd olunub.
Qeyd edək ki, Penitensiar Xidmətin hər iki Cəzaçəkmə Müəssisəsi satınalmalarda ciddi qanun pozuntularına yol vermişlər. Göründüyü kimi bir nəfərin adına olan hər iki MMC tender müsabiqəsinin başlanılmasından yaxın bir vaxtda dövlət qeydiyyatına alınıb. Bu da Penitensiar Xidmətin Cəzaçəkmə Müəssisəsləri tərəfindən keçirilmiş satınalmalarda “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri kobud şəkildə pozulması deməkdir. Belə ki, hər iki müəssisə satınalmaların təşkili zamanı müqavilə bağladığı MMC-lərin müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması nəzərə alınmamışdır.
Bəs bir xanımın adına yaradılmış iki MMC-nin məhz Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə tabeli müəssisələrinin qalibi olması hansı şübhələrdən xəbər verir?
Dövlət satınalmalarının vahid internet portalında yerləşdirilmiş bu məlumatlardan da görsəndiyi kimi Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin məsul vəzifəli şəxsləri ilə “NUR TƏCHİZAT VƏ XİDMƏT” və “NUR GENERAL SUPPLIER” Məhdud Məsuliyyətli Cəmiyyətlərinin qanuni təmsilçisi Yusifzadə Nərmin Tahir qızının arasında gizli bir bağlantı olması heç şübhəsizdir. Məmurların yaxın adamlarının, qeyri-müəyyən şəxslərin adına yaradılmış MMC-lər vasitəsi ilə tender prosedurlarının saxtalaşdırılması halları barədə sosial şəbəkə və elektron media resusrslarında demək olar ki, kifayət qədər geniş məlumatlar var. Yusifzadə Nərmin Tahir qızının adına otkat üçün yaradılmış bu MMC-lər onlardan biridir.
Aktualinfo.org