Bir müddət əvvəl DİA.AZ olaraq "Müştərinin Səsi" sosial qrupunda LALAFO alqı-satqı saytından şikayət edən Emin Əliyev adlı istifadəçinin gileyini təqdim etmişdik. Şikayətçi iddia edirdi ki, onun bank kartına giriş əldə edən LALAFO istədiyi vaxt pulunu mənimsəyir.
Narazı vətəndaşın gileyini təkrar diqqətinizə təqdim edirik: ""Şikayətim LALAFO.AZ alqı-satqı saytındandır. Belə ki, bir müddət əvvəl icarə verdiyim obyektin şəklini və bir sıra məlumatlarını yazaraq həmin saytda yerləşdirdim. Daha sonra obyekti təklif olunan reklam xidmətlərindən istifadə edərək 5 manatlıq pullu reklama qoydum. Bir müddət sonra telefonumla bank hesabıma girərkən gördüm ki, Lalafo hər 3 gündən bir məndən 5 manat tutub reklama görə. Halbuki mən birdəfəlik 5 manatlıq reklam qoymuşdum. Bununla əlaqəli Lalafofonun texniki şöbəsi ilə əlaqə yaratdıqda mənə nə desələr yaxşıdır?
Deyirlər ki, siz pul kisənizi doldurduğunuz zaman avtoyükləməni söndürməmisiniz. Beləliklə də bir neçə gündən bir reklama qoyduğum pul məbləği qədər pul çıxılıb.
Ümumiyyətlə avtoyükləmə niyə yanılıdır (aktiv) sualına isə bildirdilər ki, bu hamıda yanılıdır .
Yəni deyirlər ki kütləvi formada hamının xəbərləri olmadan ciblərinə giririk.
Təsəvvür edin siz reklam üçün 5 manatlıq ödəniş edirsiniz amma bilmirsiniz ki, bu ödənişi bir dəfə üçün etmirsiniz, hər 3 gündən bir bu qədər ödəniş sizdən tutulacaq. Çunki ödəniş edərəkən buna dair hər hansı bir məlumat səhifədə gözə dəymir. Gərək başqa bir səhifəyə daxil olub avtoyükləmə adlı bu funksiyanı söndürüb, ödəniş edəsiniz.
LALAFO.AZ bununla da Reklam Haqqında Qanunun həmçinin AZ Mülki Məcəlləsinin müqavilə hüququndan əmələ gələn maddələrinin tələblərini pozur. Belə ki, bir şəxs hər hansı bir şeyə dair (xidmətə, məhsula ) ödəniş edərkən həmin xidmətə dair məlumatlar tam formada eyni pəncərədə müştəriyə çatdırılmalıdır.
Belə çıxır ki, mən 5 yox 150 manatlıq reklam xidmətindən istifadə etsəydim yenidən 150 manat məbləğində pul məndən xəbərim olmadan hər üç gündən bir çıxılacaqdı.
Burdan bu saytdan isitfadə edən bütün müştəriləri reklam xidmətlərindən istifadə edərkən ehtiyatlı olmağa çağırıram".
DİA.Az bildirir ki, aradan xeyli vaxtın keçməsinə baxmayaraq LALAFO nəinki müştərilərinə yaratdığı problemləri həll etməyə çalışmayıb, əksinə, köhnə qayda ilə fəaliyyətini davam etdiri ki, bunun da bir səbəbi var: CƏZASIQLIQ... Hər halda bir nəzarət edən... bir cəza verən olsaydı, LALAFO daha tədbirli olardı...
Bis isə DİA.AZ olaraq növbəti vətəndaş gileyini təqdim edirik...
"Şikayətim Var" sosiial qrupundakı paylaşımında Cavid Dadaşov adlı istifadəçi yazır:
"Peşmansan "Lalafo"da bir sadə elan yerləşdirəsən.... Dayanmadan guya ilin-ayın, həftənin "qalibi" seçilirsən.... Linke girən kimi kart məlumatların düşür onların elinə... Eləcə də "Lalafo"da elan qoyursan və kartınıi yazırsan...
Elan bitir. Vaxt ilə yerləşdirirsən.... Düşünürsən, 6 manatlıq elan yerləşdirdim, getdi... Bir də baxırsan kartindan bir həftə sonra pul çəkmək istəyib sayt. Özlərinə yazırsan, gözəl bəhanə gətirirlər: "avtomatikə qoymusuz... ehtiyatlı olun".
Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...