Axtarış...

"Ruslan Əliyev, Siz bu işçiləri cəngəllikdən tapıbsınız?" - "Azəriqaz"ın analoqsuz qaz çəkilişi və ya 500 manat oyunu (FOTOLAR)

"Ruslan Əliyev, Siz bu işçiləri cəngəllikdən tapıbsınız?" - "Azəriqaz"ın analoqsuz qaz çəkilişi və ya 500 manat oyunu (FOTOLAR)


"Şikayətim Şirvan şəhər Qaz İstismar Sahəsinin məsuliyyətsizliyindən, səriştəsizliyindən, qanun və qaydalara riayət etməməklərindən, vətəndaşa verdiyi əsəb-stresslə yanaşı dövlətin əmlakını göyə sovurmaqdandır".

Bu sözləri Mia.az-a ünvanladığı şikayət məktubunda Şirvan şəhəri, Xaqani küçəsi ev 128-də yaşayan Rzayev Tofiq Niftulla oğlu deyib.

O, bildirib ki, 2013-cü ildə yaşadığı küçəyə (7-8 evə) qaz xətti çəkmək qərarına gəlirlər: "Küçənin başına gətirib TIR-larla boru, sement, qum və s. lazım olan hər şey boşaldırlar. Başlıyırlar işi görməyə, yerə dayaq təxminən 50-70 sm uzunluğunda turba basdırırlar, amma "turba"nın dibində sement-qum qarışığından əsər-əlamət yoxdur. Xülasə keçək əsas məsələyə....

Hörmətli baş direktor Ruslan Əliyev, Siz bu işçiləri cəngəllikdən tapıb işə götürmüsüz? Bu işçilərinizin evi-eşiyi yoxdur? Bu işçiləriniz anlamırlar ki, darvaza üzərinə qoyulan borunun hündürlüyü gözlənilməlidir? Bu işi görən işçilərinizin həyətlərində darvazaları üzərindəki boru 2 metrə hündürlükdən keçir? Dövlət Neft Şirkəti tərəfindən (Azəriqaz İstehsalat Birliyi - Qaz təsərrüfatında texniki istismar ,əməyin mühafizəsi, yanğın təhlükəsizliyi, ətraf mühitin mühafizəsi qaydalarına və beynəlxalq standartların tətbiqinə dair 1000 sual-1000 cavab kitabı) sizin əməkdaşlar üçün hazırlanan kitabda bütün normativlər qeyd edilib. Əcəba bu normativlərə riayət etmək kimin vəzifəsidir?".

Şikayətçinin sözlərinə görə, Salyan regional qaz istismar idarəsi onun müraciuətinə "gül vuraraq" cavab yazıb: "Bu idarə utanmaz-utanmaz mənim məktubuma cavab yazır ki, darvaza üzərindəki "turba"nı hündürlüyə qaldırmaq üçün vətəndaş tərəfindən 500 manat ödənməlidir. Bu qədər həyasızlıq olar? Sabah həyətimdə yanğın olsa, yanğınsöndürən maşını, yükmaşını necə girəcək həyətimə?

İndi Sizə darvazamın və onun üzərindən keçən qaz xəttinin şəklini göndərirəm. Baxın, görün bu işi hansı "ağıl sahibi" edib.

Mən belə düşünürəm ki, bunu bu hündürlükdən çəkdirən adam yadplanetli olar, yəqin ki. Halbuki, qanunla darvaza ola yerdə boru 4.5 metr hündürlükdən çəkilməlidir. Cəmisi 7-8 evə qaz xətti çəkiblər, onu da üz-gözlərinə bulaşdıırblar.

Bütün yuxarıda qeyd etdiklərimi nəzərə alaraq, xahiş edirəm, mənim şikayətim yerində araşdırılsın və lazımı tədbirılər görülsün".


Text-to-Speech

DİNLƏ






Şərh yaz