“SOCAR”ın Qaz İxrac İdarəsi sabiq deputatın oğlunu məhkəməyə verib.
Millitv.az-ın 32gun.az-a istinadən məlumatına görə, eks-deputat Elxan Süleymanovun oğlu Ziya Süleymanovla qurum arasında mübahisəyə səbəb tikinti məsələsidir.
Belə ki, Göyçay Rayon Məhkəməsində hakim İbrahim Fəttahovun sədrliyi iləbaştutacaq məhkəmə işinin mahiyyyəti Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi məsələsindən ibarətdir.
Bildirək ki, “SOCAR”ın Qaz İxrac İdarəsinin rəhbəri Əkbər Hacı oğlu Hacıyevdir.
Xatırladaq ki, Elxan Süleymanov “Milli Məclisin 2010-2020-ci illərdə deputatı, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü olmuşdur.
Sabiq deputatın oğlu Ziya Süleymanov isə 2011-22 illərdə AR FHN Su Ehtiyatları Dövlət Agentliyinin rəis müavini vəzifəsində çalışıb.