Axtarış...

Ekologiyanı zəhərləyən Ermənistan REGİONAL QATİLƏ ÇEVRİLİR - Baku TV-nin REPORTAJI...


Qarabağın ermənidilli əhalisindən narahat olduğunu imitasiya edərək beynəlxalq qurumlara “aclıq”, “blokada” kimi qondarma şikayətlərlə müraciət edən Ermənistan hökuməti əslində, ekologiyanı zəhərləyərək həm öz ölkəsinin, həm də bütün regionun əhalisini yavaş-yavaş öldürür.

Bu barədə Baku TV-nin reportajında deyilir.

Bildirilir ki, Qafan və Qacarandakı dağ-mədən sənayelərinin tullantıları ilə çirkləndirilmiş Oxçuçay çayı həmin tullantıların toplayıcısı rolunu oynayır. Zəngəzur Mis-Molibden Zavodunun tullantıları təmizlənmədən birbaşa çaya axıdıldığı üçün çirklənmə səviyyəsi normadan dəfələrlə artıqdır və bu çayın suyu yararsız hesab edilir. Tərkibində ağır metalların üstünlük təşkil etdiyi “ölü su” istifadəyə yararsız olmaqla yanaşı, həm də təhlükəlidir.

Yeri gəlmişkən, Ermənistanın “Ekolur” ictimai informasiya təşkilatının rəhbəri İnqa Zarafyan bildirib ki, Zəngəzur Mis-Molibden Zavodu və Qafandakı qızıl mədənlərində köhnəlmiş avadanlıqlardan istifadə olunur, bunun nəticəsində həm insanların sağlamlığı, həm də ekologiya üçün yaranan problemlər heç kəsi maraqlandırmır: “Onların əlində həm bu infrastruktur, həm də bu ərazi var. Burada bir neçə çirklənmə mənbəyi var. Bunlardan biri kombinatdır”.

“Qacaranda tullantıların saxlanıldığı ərazinin (radioaktiv, zəhərli və digər tullantıların saxlanması və ya atılması üçün nəzərdə tutulmuş xüsusi qurğular və avadanlıqlar kompleksi) yaxınlığında hava çox çirklidir. Orada nəfəs almaq mümkün deyil. Nəticədə hətta bostanlarımızda belə heç nə bitmir: bitkilər dərhal saralır, bütün göy-göyərti, meyvə ağacları, yarpaqlar pasla örtülür”, - Acanan kənd sakini Svetlana Farmatyan bildirib.

Havada kükürd dioksidi və dimetil sulfid daxil olmaqla, zərərli qazların yüksək səviyyədə olduğu belə ərazilərin təhlükəli dərəcədə yaxınlığında yaşayan insanlar mal-qara otarır, ot və giləmeyvə yığırlar. Tullantıların saxlanıldığı belə yerlərin miqyası böyükdür. Bundan başqa, bir çox sakinlər şəhərlərdə xəstəliklərin geniş yayılmasından şikayətçidirlər.

Zəngəzur Mis-Molibden Zavodu kimi dağ-mədən şirkətləri əhalinin sağlamlıq probleminə məhəl qoymur. Ermənistan hakimiyyəti isə heç bir izahat vermədən baş verənlərə göz yumur.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz