Xaçmazın bir gənc başçısı var. Deyəsən, dünən yerli KİV-də onun haqqında nəsə məlumat gedib. Nəsə məlumat gedib ki, özünə bahalı alış-veriş edib. 450 minə maçın alıb. Deyəsən, bu faktın ictimailəşməsi gənc başçının ürəyincə olmayıb. DİA.AZ bildirir ki, elə buna görə də bu nöcavan icra başçısı başlayıb BAĞIRMAĞA... Eynən özündən əvvəlki OĞRU başçılar kimi...
Və eynən özündən əvvəlki OĞRU başçıların yolunu gedərək özünə TROL KAMPANİYASI da qurub. Biz həmin trol xidmətinin məhsullarından birini dia.az olaraq olduğu kimi diqqətinizə təqdim edirik. Hər halda, aşağıdakı mətndə hər şey həm də etiraf olunur. Beləliklə...
***
Aydın Fıtiyev adında, həm də Xaçmazdan olduğu güman etdiyimiz Qarabağ qazimiz yazır, ya da ona yazdırlrlar... kimə necə xoşdursa, elə... Hə qazimiz yazır:
"Xaçmaz rayon icra hakimiyyətinin başçısı Elnur müəllimlə dəfələrlə görüşmüşük. Dəfələrlə qazi yoldaşlarımın, özümün problemlərinə görə müraciət etmişəm. Bacardığı köməkliyi heç zaman əsirgəməyib. Bəzi məsələlər varki, icra hakimiyyətinin səlahiyyətində olmasa belə, bizlərə görə xahiş edib tapşırıq verib. Sağ olsun!
Bu gün bəzi jurnalistlər Elnur müəllimin 450 min, manata maşın aldığını yazıb pozurlar. Hələ heç bilinmir kimindi. Alıbsa nə gözəl, xeyirli olsun. Olmayanlarada qismət.
Maşın almaq qəbahətdir? Adam uzun illərdir yüksək vəzifəli işlərdə çalışır. Niyə almasınki? Güya biz olsaydıq maşınımız olmayacaqdı?
Gözəl sənət tapıblar, hər yoldan keçən bir sayt açıb, özünü rəhbər təyin edib, kiminsə sifarişi ilə "həyat" yaşayırlar!"
***
Hə, əziz oxucu... Bizdı də eyni təəssürat yarandı: HƏZİN SƏSLİ OĞRU BAĞIRTISI...
***
Məsələ ilə bağlı olaraq qarşı tərəfi də dinləməyə hazırıq...