Axtarış...

Gənc başçı büdcə pullarını BELƏ DAĞIDIR... - NƏ VACİB İDİ?

Gənc başçı büdcə pullarını BELƏ DAĞIDIR... - NƏ VACİB İDİ?

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov çox azsaylı məmurlardan biridir ki, yüksək vəzifəyə təyin olunandan az sonra Prezident İlham Əliyev tərəfindən töhmət verilib. İcra başçısı Nahid Bağırov Azərbaycan Respublikasının ərazisində koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunmuş xüsusi karantin rejimi qaydalarını pozduğuna görə töhmət elan edilmişdi.

İcra başçısının fəaliyyəti, həyat tərzi ilə bağlı İsmayıllı rayonun sakinləri arasında çoxlu söz-söhbətlər də gəzir. Şəhid ailələrinə soyuq münasibəti ilə fərqlənən, onların sosial problemlərinə laqeydlik göstərən Nahid Bağırov 40 min manatı küçə və prospektlərdəki divarlara rəsm çəkdirir. Dünya təcrübəsində küçə və prospektlərdəki divarlara rəsmlərin çəkilməsi ənənəsinə istinad edənlər unudur ki, əcnəbi ölkələrdə bu məsələlər bələdiyyələr tərəfindən həyata keçirilir. Bələdiyyələr isə bu işləri sakinlərinin istəyi üzrə həyata keçirir. Əgər vətəndaşlar istəməsə bələdiyyələr belə işlərə pul xərcləyə bilməz. Ancaq İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov rayon sakinlərinin rəyini öyrənmədən 40 min manatı divarlara rəsm çəkilməsinə xərcləyir. 3D formatında çəkilən bu rəsmlərin divarlarda nə qədər qalacağı da məlum deyil.

Doğrudur, bu işləri həyata keçirənlər boyaların yağışa davamlı olduğunu və quruduqdan sonra olduğu kimi qaldığını bildirirlər. İsmayıllı rayonun baş memarı Vüsal Abdullayev isə mətbuata açıqlamasında görülən işlər həm rayona gələn qonaqların, həm də şəhər sakinlərinin ürəyincə olacağını bildirib. Eyni zamanda görülən işlər həm yerli, həm də xarici turistlərin marağını cəlb etməklə yanaşı, turizm sahəsində sahibkarlığın təşviqinə də öz töhfəsini verəcəyinə ümid edilir. Əgər həqiqətən İsmayıllı rayon İcra Hakimiyyətinin rəsmiləri küçə və prospektlərdəki divarlara rəsmlərin çəkilməsi ilə turistlərin marağını cəlb edəcəklərini düşünürlərsə, deməli turizmin fəlsəfəsindən xəbərləri yoxdur.

Nahid Bağırovun 2014-cü ildə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən turizm sahəsində fərqləndiyinə görə “Fəxri Turizm İşçisi” kimi fəxri ada layiq görülüb. İndi isə onun başçılıq etdiyi İcra Hakimiyyəti 40 min manatı küçə və prospektlərdəki divarlara rəsmlərin çəkilməsinə xərcləyir. Bununla da turistlərin diqqətini cəlb edəcəyinə ümid edirlər. İsmayıllı rayon İcra Hakimiyyətinin sifarişi ilə həyata keçirilən bu işin tender vasitəsilə həyata keçirilib-keçirilmədiyini isə aydınlaşdırmağa çalışacağıq. Ümid edirik ki, Nahid Bağırovun rəhbərlik etdiyi İsmayıllı rayon İcra Hakimiyyətinin səlahiyyətləri bu məsələyə aydınlıq gətirməkdən çəkinməyəcəklər. //sozcu.info//
Gənc başçı büdcə pullarını BELƏ DAĞIDIR... - NƏ VACİB İDİ?
Gənc başçı büdcə pullarını BELƏ DAĞIDIR... - NƏ VACİB İDİ?
Gənc başçı büdcə pullarını BELƏ DAĞIDIR... - NƏ VACİB İDİ?
Text-to-Speech

DİNLƏ






Şərh yaz