Axtarış...

Alı Qocayevi yerindən tərpədirlər... - Yerinə gənc kadr gətiriləcək

Alı Qocayevi yerindən tərpədirlər... - Yerinə gənc kadr gətiriləcək

Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayevin hələ Binəqədi RİH-nə rəhbərlik etdiyi dövrdə adının hallandığı bəzi qalmaqallara yerli KİV zamanında kifayət qədər diqqət yönəldib. Elə həmin materiallarda da qeyd olunurdu ki, Alı Qocayevin Samux RİH-nin başçısı kimi göstərdiyi fəaliyyəti də problemlərsiz ötüşmür.

Bunları DİA.AZ-a xatırladan məlumatlı mənbə bildirir ki, hazırda himayədarlarının tam güvəncəsi altında olsa da, Alı Qocayev heç də toxunulmaz deyil və yaxın vaxtlarda onunla bağlı da qərar veriləcək.

Mənbənin dia.az-a söylədikləri: "Bu qərar bayramdan sonraya təsadüf edə bilər. Şamaxıda olduğu kimi gənc bir kadrın Samuxa gətirilməsi gözlənilir".DİA.AZ
Text-to-Speech

DİNLƏ






Şərh yaz