Və yaxud, öz doğma kənd camaatını odun qırmaq üçün dağa-daşa salıb əzab verən ETSN yetkilisinə nə ad vermək olar?
Keçən sayımızda “Cabbar Qəribovun Gülnaz xanımla vakant yer bazarlığı necə olur?” başlıqlı araşdırma yazısı Tovuz rayonun Sarıtala icra nümayəndəliyinin Nəmxoş kənd sakini Əhmədov Ayaz Rasim oğlunun redaksiyamıza verdiyi məlumatlar əsasında hazırlanmışdır. Xatırladaq ki, sabiq meşəbəyi Ayaz Tovuz Regional Meşə təsərrüfatı Birliyində son 6 ildə meşə gözətçisi kimi işləməsini, bu müddət ərzində onun maaş kartının MTBirliyin kadrlar şöbəsinin müdiri Gülnaz xanımda girov olduğu bildilmişdir. Bu adam 6 il ərzində nökər kimi işlədiyini və işinin xatirinə ona yazılan əmək haqqının faktiki üzünü görmədiyini bildirmişdir. Onun meşə gözətçisi olduğu İcra nümayəndəliyi ərazisindəki kəndlərin heç birində qaz təchizatı olmamışdır. Verilən məlumata görə kəndlərin qazlaşmasının qarşısını da yerli Meşə Təsəsrrüfatı Birliyi rəhbərliyi tərəfindən alınır. Səbəbi də budur ki, yerli sakinlər məcbur olub qışda meşə materialı alsınlar. Meşəbəyilər də dədəsinin qiymətinə ağacları kəsib rahatlıqla satsınlar. Əldə edilən pulların çox qismi də ETSN Meşələrin İnkişafı Depertamentinin rəhbəri cənab Cabbar Qəribovun ciblərinə getsin. Bir sözlə, belə anlama gəlirik ki, ETSN Meşələrin İnkişafı Depertamenti təbii sərvətlərimizi qorumaq əvəzinə, onu kəsdirib satmaqla xidməti vəzifələrinə həm də xəyanət etmiş olyurlar.
Sabiq meşəbəyi olmuş Ayaz Əhmədov bildirir ki, Gülnaz xanım onun yerinə "yağlı" müştəri tapdıqdan sonra əmək müqaviləsinə vaxtı bitdiyi üçün xitam vermiş və yerinə 5000 manat rüşvət qarşılığında Səxavət adlı birisini onun yerinə işə götürmüşdür. Bu da ETSN rəhbərliyinin regionlarda tətbiq etdiyi qayda qanun hesab etmək olar. O da bildirilir ki, Gülnaz xanım onu işdən çıxarıb başqasını elə belə işə qoymayıbmış. Burada ETSN meşələrin İnkişafı Depertamentinin müdiri Qəribov Cabbarın birbaşa xeyir-duası ilə məslə həllini tapıb. Gülnaz xanım bildirmişdir ki, "Mən kiməm ki, özbaşına iş görürəm.? Deyirlər filankəsi çıxart filankəsi qoy. Vəssəlam." Deməli, belə məntiqi nəticə çıxır ki, Səxavətin verdiyi 5000 mantdan Qəribov İlqarın xəbəri olmuşdur. Yoxsa nə od düşübdür bu məmurun canına ki, Tovuzda hansısa kənddə meşəbəyi təcili surətdə başqası ilə əvəzlənməlidir.
Araşdırma məqaləsi işıq üzü görər-görməz avqustun 1-i günorta saatlarında ETSN-dən Tovuza ezam olunmuş heyət meşələrə-dağlara düşərək yoxlamlara başlamışlar. Eyni zamanda Ayaz Əhmədovu da məşər ayağına çəkməyə başlayıblar ki, bu saat atan Rasimin nəzarət etdiyi sahəni yoxlatdırıb tədbirlər görəcəyik. Get, İfadetv.com- verdiyin informasiyaları təcili sildir, yoxsa pis olar. Doğrudan da A.Əhmədov redaksiyamıza zəng edərək Tovuz meşələrində ciddi yoxlamalrın aparıldığını və digər xoşagəlməz hadisələrin ola biləcəyini vurğulayarq yalvarmağa başladı ki, biz kasıb ailəyik. Əgər bu adamlar atamı da dolaşdırıb işdən çıxarsalar, onda ailəmizin vəziyyəti çox pis olacaqdır. Təbii ki, biz belə xahişləri cənab Cabbar Qəribovun işi normal getsin deyə nəzərə almadıq.
Bizə eyni zamanda o məlumat da verildi ki, Qəribov Cabbardır ki, 2021-ci ilin noyabrın 11-də qardaşı oğlu Əfqan Qəribov Şamaxı Regional Meşə Təssərrüfatı Mərkəzinin müdiri olarkən Basqal kəndində xeyli miqdarda palıd ağaclarını kəsdirib satdığına görə Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində gedən araşdırmaları nüfuzundan istifadə edərək xitam verdirdikdən sonra, yerinə təyin olunan Quliyev Rəsul adlı keçmiş hərbi komissar indi meşələrdə qaz vurub qazan doldurmaqla məşğuldur. Bu adamın da yaxın qohumu hansısa general olduğuna görə bu gün Qəribov Cabbarı saymır. Yəni, birbaşa müdiri olsa da haqq-hesab göndərmir. Və bu adam nəinki Cabbarov İlqardan, hətta respublika səviyyəsində kimsədən çəkinəcəyi olmadığını gündəlik vaxtını keçirdiyi İsmayıllı meşələrindəki kafe və restoranlarda 200 qramdan sonra bəyan etməyi yaddan çıxarmır. Qəribov dab u adamın özbaşnalığına “Gözün üstə qaşın var” deyə bilmir. Amma Tovuzun Nəmxoş kəndidə kasıb bir vəziyyətdə yaşayan və maaş kartı 6 ildir ki, əlindən alınaraq istifadə etdikləri Ayaz Əhmədovun yerinə bəhanə ilə işdən çıxarıb Səxavət adlı birisini “haqqı ödənilməklə” təyin edirlər.
Hazırda Cabbar Qəribovun qardaşı oğlu Əfqan Qəribov Basqal kəndindəki palıd kəsiminə görə Korrupsiya İdarəsindən canını qurtardıqdan sonra işə bərpa olunmasıilə bağlı məhkəməyə müraciət etmişdir. Və təbbi ki, əmisi Cabbar Qəribovun xahişlərilə məhkəmədə qalib gəlib Rəsul Quliyevin yerinə bərpa olunmağı planlaşdırır. Yəni, Cabbarın əsas məqsədi öz general qohumuna arxayın olan və bu səbəbdən “yuxarılara” haqq verməyən keçmiş “voenkom” Rəsulu mədəni formada yola salmağı planlaşdırıblar.
“Azəriqaz” QSC-nin 2019-cu ildə verdiyi rəsmi informasiyasına görə Azərbaycan ərazisinin 96 %-nin, 2022-ci ilin sonuna isə 98% -nin qazlaşdırlması barədə məlumat vermişdir. Və bu gün birdaha aydın olmuşdur ki, Tovuz kimi bir neçə meşəli rayon ərazilərinə, məsələn , elə Cabbar Qəribovun Qəbələ rayonun doğma Bum kəndidin yanındakı “Tikanlı” kəndi hələ də qazlaşmamış qalmışdır. Nəticədə, hər tərəfdən meşəli dağlarala əhatə olunmuş bu kəndin əhalisi meşələri qırmaq məcburiyyətində qalırlar. İnsafən demək lazımdır ki, bu kəndin qazlaşdırılmasının qarşısını Cabbar müəllim deyil, kəndə saxta yolla deputat təyin edilmiş Heydərov Fəttah olmuşdur. Belə ki, kənddə yaşayan seçiclərin 1 % səsini ala bilməyən nazir Kəmaləddin Heydərovun dədəsi F.Heydərov söz vermişdir ki, nə qədər ki, mən deputatam sizə heç vaxt yol, körpü və qaz çəkilməyəcək. Doğrudur, deputat öləndən dərhal sonra “Tikanlı” kəndinə körpü və asphalt yol çəkilsə də son 3 ildir ki, qazlaşma yaddan çıxıb. Bu da yenə sonda ETSN səlahiyyətlisi Cabbar Qəribova sərf edir. Və ölmüş deputatın seçicilərinə verdiyi sözü tutur. Amma məsləyə vicdanla yanaşsa, həmkəndlilərini min bir əzab əziyyətdən qurtarmaq naminə “Azəriqaz” QSC rəhbərliyi qarşısında məslə qaldıra bilərdi ki, Qəbələ rayonun “Tikanlı” kəndinin deputatı 3 il əvvəl öldüyü üçün və meşələrimizin qorunması naminə qaz çəkilişini plana saldıra bilərdi. Bəli, istəsəydi, bilərdi. Adam respublika üzrə Meşələrin inkişafı Depertamentinin rəhbəridir. Sələfi Xalıqverdidən fərqli olaraq bu adam öz doğma rayonuna ayda bir dəfə baş çəkmir. Xalıqverdi isə Ağdamda işğaldan azad edilmiş ərazilərdə xalasının, dədəsinin qəbrini ildə bir dəfə ziyarət etmək əvəzinə, təqaüdə çıxana kimi, hər həftə gəlib “Tufandağda” kanatlarla seyrə çıxıb kef edirdi.
Ardı var…
İfadetv.com-un araşdırma qrupu.