Axtarış...

“Qranit-QP” MMC-nin bəd əməlləri - sahibkar necə aldadıldı?

“Qranit-QP” MMC-nin bəd əməlləri - sahibkar necə aldadıldı?


Bakı şəhər sakini, Nizami rayonu, M.Şərifli küçəsi, 1M ünvanında yaşayan sahibkar Babayev Ələsgər Misgər oğlu “Yeni Müsavat”a müraciət edib. O, “Qranit-QP” MMC tərəfindən aldadılığını və külli miqdarda pullarının mənimsənildiyini deyir.

Sahibkar hazırda Goranboy rayon Məhkəməsində bu iş üzrə prosesin getdiyini bildirdi və məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş edir. Ə.Babayev hər kəsdən kömək istəyir. Onun müraciətini təqdim edirik: “2011-ci ilin may ayınada Azərbaycan Respublikası Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi tərəfindən verilmiş “Xüsusi İcazə” əsasında “Şimşək-VK”MMC yaradaraq, sənayedə sülhməramlı qazma –partlayış işləri aparmaq üçün fəaliyyətə başladım. Həmin dövrdə bu işə tələbat az olduğuna görə, 2012-ci ilin oktyabr ayında 2011-ci ilin iyun ayında yaranmış “Qranit-QP” MMC- nin təsisçiləri Mürşüdova Rübabə Mustafa qızı, Həsənov Ramil Şəmil oğlu, Həsənəliyev Xudaverdi Vaqif oğlu ilə tanış olduq və qərara gəldik ki, “Şimşək-VK” MMC-nin fəaliyyətini müvəqqəti dayandıraq. Çünki “Qranit-QP” MMC-nin təsisçiləri qaz-partlayış işləri üzrə mütəxəsislər idilər.2012- ci ilin noyabr ayında mən “Qranit-QP” MMC-nin təchizat məsələləri üzrə direktor müavini vəzifəsinə qəbul olundum. Həmin vaxtda “Qranit-QP” MMC-nin nə maddi vəsaiti, partlayıcı maddələri və materialları, nə də ki, qazma işləri aparmaq üçün maşın və mexanizmləri yox idi.

2012- ci il dekabr ayında mən Rusiyadan qazma qurğusunun alınması üçün şəxsi 15000.00(On beş min manat) pulu, avans olaraq “Qranit-QP” MMC-nin hesabına köçürdüm.

Partlayıcı maddə (PM) və Partladıcı vasitələrin (PV) “Qranit-QP” MMC-yə alınması üçün Rusiyanın “T.O.P” şirkəti ilə müqavilə bağladım, PM və PV-in Respublikaya idxalı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetindən icazə aldım və bir sıra şirkətlərlə qazma-partlayış yolu ilə xammalın çıxarılması üçün şəxsən müqavilələr bağlamış və cəmiyyətə külli miqdarda xeyir gətirmişəm, bütün maşın və mexanizmlərin hamısını özüm təmir etmişəm. 2013-cü ilin fevral ayında ABB-dən Bakı şəhəri, Nizami rayonunda yerləşən şəxsi evimi girov qoyaraq, PM və PV alınması üçün “Qranit-QP” MMC-nin hesabına 142100.00 (Yüz qırx iki min yüz) azn kredit götürdüm. 2015-ci il yanvarında “Qranit-QP” MMC-yə PM,PV və qazma qurğusunun alınması üçün “Turan Bank”-dan şəxsi evimi girov qoyaraq 170000.00 (Yüz yetmiş min ) ABŞ dolları məbləgində kredit götürdüm. 2016- ci ilin iyul ayında “Qranit-QP” MMC-yə PM və PV- lərin idxalı üçün şəxsi evimi girov qoyaraq ABB-dən 170000.00(Yüz yetmiş min) azn kredit götürdüm 2019- ci ilin fevral ayından “Qranit-QP” MMC- nin təsisçiləri – direktor- Mürşüdova Rübabə Mustafa qızı, direktor müavini – Həsənov Ramil Şəmil oğlu və baş mühəndis – Həsənəliyev Xudaverdi Vaqif oğlunun təkidi və təklifi ilə “Şimşək-VK”MMC- nin fəaliyyətini bərpa etdik. Həmin tarixdən təchizat məsələləri üzrə direktor müavini vəzifəsindən azad edilib, “Şimşək-VK”MMC-yə direktor vəzifəsinə təyin edildim.

Nəzərinizə çatdırıram ki, “Qranit-QP”MMC-dən işdən çıxmağıma baxmayaraq, 2019-cu ilin mart ayında yenidən şəxsi evimi girov qoyaraq “Qranit-QP” MMC-yə bir ədəd qazma qurğusunun alınması üçün ABB-dən 350000.00(Üç yüz əlli min) azn kredit götürdüm. 2021-ci ilin aprel ayında “Qranit-QP” MMC-yə PM və PV-in idxalı üçün yenə şəxsi evimi girov qoyaraq ABB-dən 100000.00(Yüz min) azn kredit götürdüm.

Beləliklə, “Qranit-QP”MMC-yə 777900.00 (Yeddi yüz yetmiş yeddi min doqquz yüz) azn və 170000.00 (Yüz yetmiş min) ABŞ dolları məbləğində vəsait yatırdım.

2021-ci ilin mart ayında “KBT” MMC- nin rəhbərliyi Cəbrayıl- Hadrut yolunun çəkilişində 500000 m 3 qazma-partlayış işlərinin aparılması üçün mənə müraciət etdi. “Qranit-QP”MMC-ni işlərin birlikdə aparılması üçün dəvət etdim və birlikdə çalışdıq.

Nəzərinizə çatdırıram ki, işğaldan azad olunmuş rayonlarda bu sahəyə tələbatartdığına görə “Qranit-QP”MMC-nin rəhbərliyi məndən gizli olaraq başqa şirkətlərlə müqavilələr bağlayıb. 2022 –ci ilin iyul ayında “Qranit-QP”MMC-nin rəhbərləri məni dəvət edib “Şimşək-VK”MMC-yə kömək məqsədi ilə hər birinə cəmiyyətin payından 20% təklif etdilər, yəni 60 % onlara, 40% isə mənə. Mən də “Qranit-QP”MMC-yə yatırdığım vəsaitin və gördüyüm işlərin əvəzinə 20% pay istədim. Onlar isə cavabında mənim heç bir payım olmadığını, hər şeyin onlara aid olduğunu bildirdilər və mənə hədə qorxu gələrək, “bu sözə görə adamı güllələyərlər” deyib məni acı sözlərlə təhqir etdilər”.

Sahibkar üzləşdiyi haqsızlıqdan dolayı səhhətində yaranan problemlərdən də danışdı: “Həmin zaman “Qranit-QP” MMC-nin ofis işçiləri də orada idilər. “Qranit-QP”MMC-nin direkroru Rübabə Mürşüdovanın kabinetindən çıxanda yüksək təzyiq nəticəsində müvazinətimi itirib yıxıldım və təcili yardım vasitəsilə ilkin olaraq Nərimanov rayonu, Kardiologiya şöbəsinə aparıldım, təzyiqimin (290-170) olduğuna, vəziyyətimin cox ağır olmasını nəzərə alaraq məni, Zəfəran Hospitala apardılar. Bir həftə hospitalda reanimasiyada yatmışam. Həmin müddət ərzində “Qranit-QP”MMC-nin rəhbərliyindən heç kim mənim taleyimlə maraqlanmadı.

Hal hazırda “Qranit-QP”MMC-nin təsisçiləri, direktor- Mürşüdova Rübabə Mustafa qızı, direktor müavini – Həsənov Ramil Şəmil oğlu və baş mühəndis-Həsənəliyev Xudaverdi Vaqif oğlu barələrində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin - 229.2. (qanunsuz silah və partlayıcı maddə hazırlanması) və 308.1( vəzifə səlahiyyətlərindən sui istifadə etmə ) maddələri ilə cinayət işi açılın və Goranboy rayon Məhkəməsində proses gedir. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Qranit-QP”MMC-nin rəhbərliyi tərəfindən mənə dəymiş maddi və mənəvi ziyanın ödənilməsini və bu cinayət işinin dəqiq və düzgün aparılması üçün hər kəsin, aidiyyatı orqanların köməklik göstərməyini xahiş edirəm. Çox çıxılmaz və çətin durum qarşısında qalmışam”.

Musavat.com
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz