Axtarış...

“Qara-Qum Holdinq” MMC-nin vergi maxinasiyası - İTTİHAM

“Qara-Qum Holdinq” MMC-nin vergi maxinasiyası - İTTİHAM

Xatırladaq ki, 2018-ci ilin avqust ayında Baş prokuroluq bir neçə iş adamının həbsi barədə məlumat yaymışdı. Həmin vaxt ekoloji qanun pozuntularına yol verən, daha doğrusu qum-çınqıl yataqlarının qanunsuz istismarını həyata keçirib ətraf mühitə zərbə vuranlar həbs edildi. Bu məsələ həmin ilin iyun ayında Göyçay çayının üzərindəki körpünün dayaqlarının çay yatağında qanunsuz qum-çınqıl hasilatı nəticəsində qazılması, nəticədə sel sularının körpünü uçurmasından sonra aktuallaşmışdı. Həmin vaxtdan başlayaraq bir neçə şirkət rəhbəri və vəzifəli şəxslər tutuldu. Bu işlər üzrə aparılan istintaq zamanı sahibkarlar tərəfindən dağ-mədən obyektlərinin istismarı zamanı ətraf mühitin qorunması qaydalarına riayət olunmaması, müvafiq icra hakimiyyəti orqanından lisenziya almalı olduğu halda, buna əməl edilməməsi, eləcə də lisenziyalaşma şərtlərini pozmaqla qanunsuz sahibkarlıq fəaliyyətlərini davam etdirmələri, vəzifə səlahiyyətlərindən sui-istifadə kimi əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən “Avro-Asiya İnşaat Korporasiyası Evrascon” ASC-nin rəhbəri Manaf Şirinov, “Titanik-5” MMC-nin rəhbəri Şahin Məmmədov, “Azvirt” MMC-nin iş icraçısı vəzifəli şəxsi İbrahim Quluyev, “Alyans” MMC-nin rəhbəri Nəriman Yəhyayev, “Gülövşə” MMC-nin rəhbəri Mahir Allahverdiyev və “Qara-Qum Holdinq” MMC-nin rəhbəri Yasif Ağayevə Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan edilərək, Mahir Allahverdiyev barəsində polisin nəzarəti altına vermə, digər təqsirləndirilən şəxslər barəsində isə məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilmişdi. Qeyd olunan cinayət işləri üzrə qanunsuz sahibkarlıq fəaliyyəti nəticəsində dövlətə və təbiətə 2,7 milyon manat məbləğində maddi ziyan vurulması, habelə 182 min manat məbləğində vergidən yayınma halları müəyyən edilmiş və istintaq zamanı dəymiş ziyanın tam ödətdirilməsi təmin edilməklə cinayət işləri baxılması üçün aidiyyəti məhkəmələrə göndərilmişdi.
Bu xatırlatmanı ona görə etdik ki, bu şirkətlərdən biri yenə öz qanunsuz əməllərindən qalmır. “Qara-Qum Holdinq” MMC-nin rəhbəri Yasif Ağayev indi də dövləti aldatmaqda davam edir. Belə ki, 8 saylı Ərazi Vergilər İdarəsi tərəfindən MMC-yə yazılmış 400.000 manatlıq cəriməni
müxtəlif maxinasiyalarla öz şəxsi vəkilinin əli ilə sildirmək istəyir. Görünür o, öz köhnə əməllərini davam etdirməklə cəzasız qalacağına ümid edir və yaxud da çəkdiyi cəza yüngül olub deyə belə hərəkət edir. Ümidvarıq ki, bu yazımızdan sonra əlaqədar orqanlar lazımi tədbirlər görəcəkdir.
Mövzuya qayıdacağıq və qarşı tərəfi də dinləməyə hazırıq. //aktuaalxeber.az//
Text-to-Speech

DİNLƏ






Şərh yaz