Ankarada səfərdə olan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun türkiyəli həmkarı Hakan Fidanla görüşü başlayıb.
Bu barədə Azərbaycan XİN-dən bildirilib.
Hakan Fidan Ceyhun Bayramovu səmimiyyətlə salamlayıb.
***12:51
Azərbaycan XİN rəhbəri Ceyhun Bayramovun Türkiyəyə rəsmi səfəri başlayıb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi "twitter"də məlumat yayıb.
Bildirilib ki, nazir rəsmi səfər çərçivəsində Türkiyə Cümhuriyyətinin qurucusu, Qazi Mustafa Kamal Atatürkün dəfn olunduğu Anıtqəbir məqbərəsini ziyarət edərək, böyük öndərin məzarının önünə əklil qoyub.
***08:17
31 iyul 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasına rəsmi səfərə yola düşüb.
XİN-dən bildirilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan və digər yüksək vəzifəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulur.