Axtarış...

Körpü-Bina Tikinti Qarabağa “kitayski“ yol çəkir?

Körpü-Bina Tikinti Qarabağa “kitayski“ yol çəkir?

Müzəffər Ali Baş Komandan İlham Əliyev cnablarının rəhbərliyi altında işğaldan azad edilən torpaqlarımızda bu gün geniş formada abadlıq-quruculuq işləri vüsət almaqdadır.

Prezident İlham Əliyevin birbaşa şəxsi nəzarəti altında aparılan tikinti işlərində xarici şirkətlərlə yanaşı, yerli şirkətlər də iştirak edirlər.

İşğaldan azad edilən ərazilərdə infrastruktur layihələri, yol çəkilişləri və tikinti işləri görən yerli təşkilatlardan biri də "Körpü Bina Tikinti" şirkətidir.

Qeyd edək ki, "Körpü Bina Tikinti" şirkəti Azərbaycanda böyük texniki bazaya, mühəndis heyətinə malik olan təcrübəli tikinti şirkətlərindəndir. Şirkət uzun illərdir ölkədə yol çəkilişləri, tunellər, piyada keçidləri layihələrində iştirak edir.

Bərdə-Ağdam magistral avtomobil yolunun inşasını da "Körpü Bina Tikinti" şirkəti aparır. Lakin şirkət yolun tikintisinin keyfiyyətinə böyük önəm verməsinə baxmayaraq, yerüstü keçidlərdə bir sıra neqativ hallara yol verib.

AzFakt.com saytının əməkdaşı "Körpü Bina Tikinti" şirkətinin Bərdə-Ağdam magistral avtomobil yolunun Bərdə rayonunun Əliyanlı, Kətəlparaq, Ağdam rayonunun "Dördyol-1" qəsəbəsində inşa etdiyi yerüstü piydada keçidlərində keyfiyyətsiz və təhlükəli üzlük materialdan - alkopandan istifadə olunduğunu müşahidə edib.

Yerüstü keçidlərdə istifadə olunan alkopan üzlüklərin deformasiyaya və yanğına davamlı olmayan "Çin" istehsalı olduğu, bu materialın Dərnəgül tikinti bazarında bir kvadratmetrinin 25-27 manata satıldığı bildirilir.

Qeyd edək ki, bu materialın bir sıra ölkələrdə istifadəsi qadağan edilib.

"Körpü Bina Tikinti" şirkətinin inşa etdiyi yerüstü keçidlərdə digər narahatedici məqam piyada keçidlərində əlil arabaları üçün ötürücünün olmaması, keçidin havalandırma və işıqlanma sistemlərinin standartlara uyğun gəlməməsidir.

Məsələ ilə bağlı ərazidə olan şirkət nümayəndələrindən mövqe öyrənə bilmədik.

Mənbə: Azfakt.com
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz