Daşkəsənin keçmiş başçısı Əhəd Abıyevin 13 il sonra vəzifəsini itirməsi növbədə hansı həmkarının olacağı suallarını aktuallaşdırıb. Ucqar dağ bölgəsinə rəhbərlik etmiş Abıyevin postundan uzaqlaşdırılmasının ardınca Gədəbəyin hazırkı icra hakimi Orxan Mürsəlovun da yaxın dövrdə işindən azad ediləcəyi haqda iddiaları gücləndirib. Belə xəbərlər dolaşır ki, Söyüdlü hadisələrində yarıtmaz fəaliyyəti, lazımsız çıxışları və problemin həllində kənd camaatı ilə düzgün kommunikasiya qura bilməməsi səbəbindən Gədəbəyin başçısı da yola salınacaq. Xəbəri Tribunainfo.az-a bölüşən yerli sakinlərin dediklərinə görə, Mürsəlov çemodan ovqatındadır. Məlumatlı qaynaq isə qeyd edir ki, Abıyevin gedişini sürətləndirən də məhz Daşkəsəndə otlaq sahələri ilə bağlı kəndlilərin narazılığı olub. Əhalinin örüş sahələrinin zəbt edilməsi barədə haqlı şikayəti yayıldıqdan sonra görüntülər ortaya çıxdı və Abıyevin yanlışlara yol verdiyi məlum oldu. Eynilə Söyüdlü kəndinin camaatı da sosial mahiyyət daşıyırdı və başçı Mürsəlov məsələyə zamanında biganə yanaşmasaydı, hadisələr bu həddə çatmazdı. Ona görə məlumatlar var ki, o da gedir… Bu iddialar haqda adı keçən hər iki tərəfin mövqeyini işıqlandırmağa çalışırıq.