Sözdə vətənpərvər olub, əməldə qazilərə ikrahla baxan məmurlar da var.
Bunlardan biri də Daşkəsən icra başçısı Əhəd Abıyevdir.
2018-ci ildə Qarabağ qazisi Arzu Məmmədovla “şifer qənimi” Abıyevin qalmaqalı yaddaşlardan çıxmayıb. İcra başçısı əlilin problemini həll etməmək üçün nələrə bulaşmadı-təhdid,şantaj.. Üstəlik yerli Ağsaqallar Şurası adından iftira dolu bəyanat.
Qarabağda hər birimizin, həmin ağsaqqalların, onların ailə üzvlərinin, Ə.Abıyevin təhlükəsizliyi uğrunda döyüşmüş, şikəst olmuş qazimizi dələduz, saxtakar, fırıldaqçı, pulgir çıxarmağa çalışdılar.
Sanki A.Məmmədov aprel döyüşlərinə 4 otaqlı ev almaq məqsədi ilə gedib özünü odun-alovun içinə atıb. Ancaq Ə.Abıyev kimi məmurların villaları onlara vətənə xidmət üçün verilməyib, büdcədən silinən pullar və qurulan biznesdən qazanılan vəsaitlər hesabına tikilib.
Aprel qazisi isə həyatında bir gün belə villada yaşamamışdı.
Abıyevin xətrinə dəyən, onu qaziyə düşmən edən nə idi?
Həmin qazinin –Arzu Məmmədovun Əhəd Abıyev haqda şok müsahibəsi:
““Aprel hadisələrində yaralandıqdan sonra 38 gün hərbi hospitalda qaldım. Həmin müddətdə nə Əhəd Abıyev, nə də müavinləri yanıma gəldi. Halbuki Prezident İlham Əliyev hospitala bizimlə görüşməyə gələndə icra başçılarına tapşırıq vermişdi ki, qazilərlə maraqlansınlar, onların qayğısına qalsınlar. Daşkəsənə qayıtdıqdan sonra qəbuluna gedib ondan mənə baş çəkməməinin səbəbini soruşdum. Əhəd Abıyev cavab verdi ki, həmin vaxt oğlu yeddinci mərtəbədən yıxılıb və beli qırılıb.”
Abıyev əlavə edib ki, “ona görə də gözümə heç kim görünmürdü” .
Sonra başçı özü-özünü təkzib etməyə məcbur oldu ki, oğlu sağlamdı. Saytlar isə araşdırdı ki, başçının oğlu ilə bağlı “müsibət” 2014-də olub. Yəni qaziyə söylədikləri sadəcə bəhanə imiş
Müsahibə mətbuatda yayıldıqda isə Arzu Məmmədovla açıq düşmənçiliyə keçmdi.
Şiferin üstünə Koluimbiya bayrağı çəkib yumruqla sındıran Abıyevin necə “vətənpərvər” olduğu da həmin vaxtdan anlaşıldı. Bundan sonra rayondakı bütün şiferləri sındırsa da mənfi imicdən qurtula bilməyəcəkdi. //sabahnews.az//