Axtarış...

Nərmanov rayonunda inşa edilən naməlum obyekt problemlər yaradır - VİDEO

Nərmanov rayonunda inşa edilən naməlum obyekt problemlər yaradır - VİDEO

Bakı şəhəri Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsində, “Eurohome” tikinti materiallarının satış mərkəzinin qarşısında naməlum obyekt tikilir.

"Azərbaycan Reallığı" xəbər verir ki, ərazidə yaşayan sakinlərin bildirdiyinə görə obyekt rayon ərazisindən keçən əsas su boru xəttinin üstündə inşa edilir. Həmçinin tikinti ərazisinin yaxınlığında dövlət əhəmiyyətli bir neçə kabel xətti keçir.

Tikinti zamanı əsas su boru xəttinin zədələndiyi və su sızması baş verdiyi bildirilir. Bundan başqa obyektin tikinti standratlarına cavab vermədiyi iddia edilir. Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin inşa edilən obyektlə bağlı tədbir görəcəyinə inanırıq.

"Azərbaycan Reallığı"
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz