Samux rayon icra hakimiyyətinin başçısı Alı Qocayev yaxın zamanlarda vəzifəsindən azad olunacaq.
Millitv.az bildirir ki, bu barədə Gununses.info-nun əldə etdiyi məlumata görə, icra başçısını işdən getməsi onun yaş həddi ilə bağlıdır.
Belə ki, hazırda 76 yaşında olan Alı Qocayev 2012-ci idən Samux rayon İcra Hakmiyyətinin başçısı vəzifəsini tutur.
O, bu vəzifəsindən əvvəl Bakının Binəqədi rayonuna rəhbərlik edib.
Qeyd edək ki, Alı Qocayev sabiq vitse-spiker Oqtay Əsədovla qudadır.