"Samuxun icra başçısı Alı Qocayev təkcə özü yox, bizi də qocaldır. Rayonu elə hala salıb ki, bu gün Samuxda kimsə daşı daş üstünə qoymaq istəmir. Camaatın əli hər şeydən soyuyub. Bunun səbəbi isə Alı Qocayevin özbaçşınalığıdır. Rayonda ev tikmək üçün gərək, ona HAQQ ÖDƏYƏSƏN..." DİA.AZ bildirir ki, bu ifadələr Samux sakinləri adından edilən müraciətdə yer alıb.
Daha sonra narazı vətəndaş bildirir: "10 ildir Samuxu Alı Qocayev idarə edir. İdarə edir deyəndə, əslində TALAYIR... Etiraz etmək də olmur.. Keçən səfər Qarabağ Qazisi özünü yandırmaq məcburiyyətində qaldı...
Dərhal ağzıgöyçəklər ortaya çıxıb dedilər ki, bəs qazimizə filan-filan yardımlar edilib. Bunlar onsuz da olmalı idi... Niyə minnət qoyurlar ki? Məsələ ondadır ki, dövlət Qazimizə dəstək olsa da, bu dəstəyi çatdırmalı olan qurumlar - başda Alı Qocayev olmaqla elə bir sifət alırlar ki, sanki dədələrinin malına əl uzadan var.
Bu adamlar dövlətin puluna dədə malı kimi baxdığından bu gün Samux rayonunun dizi tam yerə gəlib. Dia.az saytı vasitəsilə ölkə rəhbərliyindən kömək istəyirik...
Bizi tək qoymayın. İmkan verməyin QOCAYEV BİZİ QOCALDIB ÖLDÜRSÜN..."
Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...