əvvəli ötən sayımızda
Bu gün Azərbaycanda şəhid ailələrinə, müharibə veteranlarına və qazilərə yüksək diqqət və qayğı göstərilməsi ölkəmizdə həyata keçirilən dövlət siyasətinin əsas prioritetlərindən biridir. Təsadüfi deyil ki, Ölkə Prezidenti cənab İlham Əliyev bütün dövlət qurumları qarşısında bu təbəqəyə aid olan insanların problemlərinin həllini əsas vəzifə kimi müəyyən edib.
Bu məqsədlə həyata keçirilən mühüm və əhatəli tədbirlər sırasında qazilərimizin sağlamlığının qorunması, onların müasir protezlərlə təminatı, reabilitasiya kurslarını keçmələri də əhəmiyyətli yer tutur. Sanator-Kurort Reabilitasiya Mərkəzi bu istiqəmətdə mühüm tədbirlər həyata keçirir.
Mərkəzdən bizə bildirdilər ki, növbəti aylarda Sanator-Kurort Reabilitasiya Mərkəzində şəhid ailələrinin reabilitasiya, müalicə və istirahətinin təşkil edilməsi də planlaşdırılır. Belə ki, Səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən, nazirin birinci müavini Teymur Musayevin tapşırığı ilə iyul ayında mərkəzdə xüsusi bir aksiya təşkil edilib. ]Vətən müharibəsi şəhidlərinin həyat yoldaşları və onların ö
vladlarına sanatoriya, reabilitasiya və bərpa xidməti göstərmək həmin aksiyanın başlıca məqsədi olub. Aksiya çərçivəsində müraciət edən 105 şəhid övladı və 55 şəhid xanımı mərkəzin xidmətlərindən yararlananıblar. Aksiyanın növbəti aylarda icrası üçün təkliflər hazırlanaraq Səhiyyə Nazirliyinə göndərilib. Mərkəzin bütün tibbi və texniki personalı tərəfindən öz vəzifələrinin icrasına diqqətlə yanaşması və nizam-intizam qaydalarına ciddi şəkildə riayət olunması şübhəsiz ki, rəhbərliyin peşə
karlığından və işə məsuliyyətlə yanaşmasından qaynaqlanır. Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhid ailələrinə, həmçininmüharibə əlillərinə dövlətimiz tərəfindən hər zaman böyük diqqət və qayğı göstərilir və bunun davamlı olacağı isə şübhə doğurmur. Əminliklə demək olar ki, Səhiyyə Nazirliyinin Sanator-Kurort Reabilitasiya Mərkəzinin kollektivi də dövlətimizin bu siyasətinin uğurlu şəkildə həyata keçirilməsi işinə hər zaman öz dəyərli töhfələrini verəcəklər.
Mirzağa Məmmədli,
Milli TV.az saytının redaktoru