Axtarış...

Sanator-Kurort Reabilitasiya Mərkəzi xalqın xidmətindədir

2020-ci ilin noyabrında Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə Bakının Buzovna qəsəbəsində ən müasir tələblərə cavab verən Sanator-Kurort Reabilitasiya Mərkəzi Səhiyyə Nazirliyi tərəfindən tikilib. Bu müalicə-sağlamlıq müəssisəsi Səhiyyə Nazirliyi tərəfindən yüksək keyfiyyətli avadanlıq və böyük təcrübəyə malik olan tibbi personal ilə təmin olunub. Sanator-Kurort Reabilitasiya Mərkəzi 2020-ci il noyabrın 14-dən Azərbaycanın Birinci-vitse prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə torpaqlarımızın bütövlüyü uğrunda şücaət və qəhrəmanlıq göstərən, Vətən müharibəsi qazilərinin istifadəsinə verilib.Sanator-Kurort Reabilitasiya Mərkəzinin baş direktoru Mürsəl Mürsəlov bizimlə söhbət zamanı qısa zamanda əldə edilən nailiyyətlərdən söz açdı.“fəaliyyətimizin qısa zaman ərzində olmasına baxmayaraq indiyədək 2095 nəfər qazimizə xidmət göstərmişik. Bunlardan 1517 nəfəri qazilər, 416 nəfəri səhid valideynləri, 131 nəfər şəhid öladları və 31 nəfər ukraynalı uşaqlardır. Sanator-Kurort Reabilitasiya Mərkəzində bir çox xidmətlər göstərilməkdədir. Bunlardan bir neçəsini qeyd edə bilərəm. Nevroloji və psixoloji müalicələr, fizioterapiya, balneoterapiya, hidromasaj, müalicəvi masaj, müalicəvi bədən tərbiyəsi, loqoped xidməti (əgər nitq qüsurları varsa) təşkil olunub. Onu da qeyd edim ki, mərkəz qazilərimizin reabilitasiyasında istifadə olunan ortopedik vasitələr və geniş spektrli “Giger” adlı cihazla təmin edilib.
Mərkəzimizə xəstələr əsasən kəllə-beyin, onurğa-beyin travmaları, dayaq hərəkət və periferik sinir sisteminin zədələnmələrindən sonrakı vəziyyət diaqnozları (paraplegiya, monoplegiya, tetraplegiya və müxtəlif növ kontrakturalar) ilə göndərilir. Bu diaqnozlar içərisində periferik sinir sisteminin travmaları üstünlük təşkil edir. Səhiyyə Nazirliyinin Sanator-Kurort Reabilitasiya Mərkəzində qazilərimizə göstərilən xidmətlər içərisində nevropatoloqun və psixoloqun müalicəsinə xüsusi önəm verilir. Qürurla deyə bilərəm ki, müalicə kursu ərzində qazilərimizin psixoloji durumunda maksimum yaxşılaşma əldə olunur”.
Müalicə olunanlar arasında ilk olaraq tanınmış jurnalist, bu yaxınlarda dünyasını dəyişmiş Natiq Qədimovun atası I qrup əlil Aydın Qədimli ilə söhbətləşidik:"“Burada bizim üçün yaradılan şəraitdən çox razıyam. Demək olar, mərkəzin həkimləri və tibb bacıları ağır xəstəlikdən sonra məni ayağa qaldırıblar. Buna görə Nevroloji şöbənin müdiri Rəna Əsgərliyə, Fizioterapiya şöbəsinin müdiri Təranə xanıma tibb bacıları – Zülfiyyə xanıma, Bahar xanıma və digər personal üzvlərinə dərin minnətdarlığımı bildirirəm”.Hazırda mərkəzdə Azərbaycanın Milli Qəhrəmanı şəhid Viktor Seryoginin həyat yoldaşı Qalina xanım da müalicə alır. O, Ukraynadakı vəziyyətlə bağlı Azərbaycana gətirilib və burada müalicə olunur. Qalina xanım onun üçün yaradılan şəraitə görə Prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür etdi. “Məni müharibə zonasından təxliyə edib Bakıya gətiriblər. Həyat yoldaşım Azərbaycanın suverenliyi uğrunda şəhid olub. Minnətdaram ki, onun xatirəsi uca tutulur və ailəsinə lazımi kömək göstərilir. Mərkəzdə səhhətimin bərpası üçün əllərindən gələn yardımı əsirgəmirlər”, - deyə Qalina Seryogina bildirir.Digər palatada isə uzun müddətdir gənc Teymur Mustafayev bərpa proses keçir. Mərhum Xalq artisti Teymur Mustafayevin nəvəsi ağır qəzadan sonra yerimə qabiliyyətini itirib və indi mərkəzin tibbi personalı onu ayağa qaldırmaq üçün səylər göstərir. Teymur müalicəsi ilə bağlı deyir: "Qəzadan sonra vəiyyətim son dərəcə ağır idi. Bura gələndən bəri səhhətimdə müsbətə doğru xeyli irəliləmə baş verib. Mərkəzin hər bir əməkdaşı xəstələrlə yaxından maraqlanır və öz diqqət
və qayğılarını bizdən əsirgəmirlər. Onlar bizə xəstə kimi deyill, yaxınları və doğmaları kimi yanaşırlar. Mənə göstərilən diqqət və qayğıya görə başda Sanator-Kurort Reabilitasiya Mərkəzinin baş direktoru Mürsəl Mürsəlov olmaqla, müəlaicə həkimim Rəna Əsgərli və mərkəzin bütün əməkdaşlarına təşəkkürümü bildirirəm. Onlar məni yenidən həyata qaytardılər. Bir müddət əvvəl Səhiyyə naziri Teymur Musayev Buzovna qəsəbəsində yerləşən Sanator-Kurort Reabilitasiya Mərkəzində bərpa-müalicə xidmətlərindən yararlanan Vətən müharibəsi veteranlarını ziyarət edib.
Səmimi şəraitdə keçən görüşdə nazir 44 gün davam edən Vətən müharibəsinin təxminən otuz illik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndiyini bildirib. O, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldığını vurğulayıb.Nazir şəhid ailələrinə və veteranlara qayğının dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri olduğunu bildirdi. Onun sözlərinə görə, xalqımız Vətən uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizin, bütün şəhidlərimizin xatirəsini dərin ehtiramla anır:
“Hər birimiz Vətən uğrunda canlarından, qanlarından, ailələrindən belə keçən və şəhidlik zirvəsinə ucalan igid Azərbaycan övladlarına həyatımızın sonuna qədər borcluyuq. Eyni zamanda, Qələbəni əsgər və zabitlərimizin döyüşlərdə böyük fədakarlığı hesabına qazandıq. Bizə bəxş etdiyiniz bu qələbəyə görə Sizə minnətdarıq”

Mirzağa Məmmədli,
Milli TV.az saytının redaktoru

ardı var
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz