İctimai Səhiyyə və İslahatlar Mərkəzi Publik hüquqi şəxsi “İSİM tərəfindən xəstəliklərin profilaktikası, sağlam həyat tərzinin təbliği istiqamətində əhali arasında müxtəlif məkanlarda maarifləndirmə tədbir və aksiyaların keçirilməsi” üzrə 11.04.2023-cü ildə başladığı açıq tenderə yekun vurub və 03.07.2023-cü il tarixdə “Duyğu” Sosial Reabilitasiya İctimai Birliyi ilə 82.000 manat məbləğində satınalma müqaviləsinin bağlanılması barədə dövlət satınalmalarının vahid internet portalına məlumat yerləşdirib.
Qeyd edək ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 08 avqust 2007-ci il tarixli 76 nömrəli əmri ilə təsdiq edilmiş əsasnaməyə görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (bundan sonra “Mərkəz”) Respublikada ictimai səhiyyə xidmətlərinin təşkili, səhiyyə proqramlarının işlənib hazırlanması və tətbiqi sahəsində əsas istiqamətlərin müəyyənləşdirilməsini, islahatların tibb müəssisələrində tənzimlənməsini, idarəetmə sisteminin təkmilləşdirilməsini, eləcə də səhiyyənin maliyyələşdirilməsi sahəsində islahatların aparılmasının metodik əsaslandırılmasını həyata keçirir.
Əsasnaməsindən də göründüyü kimi Mərkəz Respublikamızın Səhiyyə sistemində səhiyyə proqramları hazırlayır və ölkəmizdə tətbiqi istiqamətlərini müəyyən edir, hətta səhiyyənin maliyyələşdirilməsi sahəsində islahatların metodunu həyata keçirir. Mərkəzin ölkənin səhiyyə sistemində islahatları necə keçirməsi elə keçirdiyi açıq tender prosedurundan bəlli olur.
Belə ki, Mərkəzin qalib elan etdiyi “Duyğu” Sosial Reabilitasiya İctimai Birliyi elə İctimai Səhiyyə və İslahatlar Mərkəzi publik hüquqi şəxsin Səhiyyə iqtisadiyyatı və tibbi sığorta şöbəsinin həkim-metodisti Rüfət Cahid oğlu Rəhimova məxsusdu.
Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında “Duyğu” Sosial Reabilitasiya İctimai Birliyinin 21.01.2014-cü il tarixdə dövlət qeydiyyatına alındığı göstərilir. Nizamnamə kapitalı 10 manat olan ictimai birliyin hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, Qızıl Şərq hərbi şəhəri ev 98, mənzil 16, qanuni təmsilçisinin isə 2019-cu ilin sentyabr ayına qədər Musayeva Təranə Şövkət qızı, daha sonra isə Rəhimov Rüfət Cahid oğlu olduğu göstərilir. Bəs bu şəxslər kimdir?
Musayeva Təranə Şövkət qızı 05 mart 2020-ci ildə Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətlərinə görə, 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə “Tərəqqi” medalı ilə təltif edilmiş qadınlar biridir. Təranə Musayevanın
Rəhimov Rüfət Cahid oğlu isə yuxarıda qeyd etdiyimiz kimi Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Səhiyyə iqtisadiyyatı və tibbi sığorta şöbəsinin həkim-metodisti.
Gəlin görək qanun nə deyir? “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun 13 -cü maddəsi deyir ki, Satınalan təşkilatdan hüquqi, maliyyə və ya təşkilati asılılığı olan malgöndərənlərin (podratçıların) həmin təşkilat tərəfindən keçirilən satınalma prosedurlarında iştirakına yol verilmir;
Aşağıdakı şəxslər satınalma prosedurları zamanı satınalan təşkilatın təmsilçisi, məsləhətçisi və satınalmalarla əlaqədar digər vəzifələrin icraçısı ola bilməzlər:
Satınalma prosedurlarında iştirak edən iddiaçının nümayəndəsi və ya vəzifəli şəxsi ilə birbaşa qohumluğu, qəyyumluq, hamilik və ya övladlığa götürmə, təsisçilik və asılılıq münasibətləri olanlar;
Satınalma prosedurlarından əvvəlki üç il ərzində satınalma prosedurlarında iştirak edən iddiaçının əməkdaşı və ya vəzifəli şəxsi olanlar.
Malgöndərənin (podratçının), onun tabe olduğu baş müəssisənin və ya onun filialının əməkdaşı olan şəxslər satınalma prosedurlarına dair sənədlərin hazırlanmasına cəlb edilə bilməzlər.
Göründüyü kimi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin qalib elan etdiyi “Duyğu” Sosial Reabilitasiya İctimai Birliyinin qanuni təmsilçisi, yaxud da direktoru Rüfət Rəhimov tenderi keçirən qurumun, yəni İctimai Səhiyyə və İslahatlar Mərkəzinin vəzifəli şəxsidir və asılılığı var. Belə olan halda Mərkəz “Duyğu” Sosial Reabilitasiya İctimai Birliyini necə qlib seçib? Burada şübhələnməyə ciddi əsaslar var.
Qeyd edək ki, elektron media resusrslarında İctimai Səhiyyə və İslahatlar Mərkəzində çox ciddi yeyinti hallarının baş verməsi, dövlət satınalmalarından tutmuş digər nəsələlərə – tədbirlərin keçirilməsi, konfransların, seminarlarların təşkilində qanunsuzluqların hökm sürməsi, xaricdə keçirilən konfranslara, seminarlara direktor Qəhrəman Haqverdiyevə yaxın olan şəxslər getməsi, maddi mükafatların da direktorun çevrəsində olan insanlara verilməsi barədə məlumatlar var.
Aktualinfo.org