Axtarış...

QARABAĞDA SAHİBKARLARI İŞLƏDİB PULUNU MƏNİMSƏDİLƏR… – ŞİKAYƏT - FOTO

QARABAĞDA SAHİBKARLARI İŞLƏDİB PULUNU MƏNİMSƏDİLƏR… – ŞİKAYƏT - FOTO

“SC CONSTRUCTİON” MMC-nin formal rəhbəri olan Təhməzov Qalib Valeh oğlu bizim etibarımızdan sui-istifadə edərək aldadıb küllü miqdarda pulumuzu mənimsəyib. Qalib Təhməzovun bizə qarşı etdiyi hərəkətlər Cinayət Məcəlləsinin müvafiq maddələrinin tərkibini yaratdığı üçün hüquq mühafizə orqanlarına şikayət ərizəsi ilə müraciət etmişik. Qalib Təhməzov “SC CONSTRUCTİON” MMC-ni öz sürücüsü Azər Mahmudovun adına təsis edərək dələduzluqla insanları aldadıb dövlətin ayırdığı vəsaiti isə talan edir.

Bu barədə Tribunainfo.az-a bir qrup sahibkar ünvanladığı şikayət məktubunda qeyd edib. Sahibkarlar bildirib ki, iğaldan azad edilmiş ərazilərdə aparılan yol tikinti işlərində onların texnikalarından müqavilə əsasənda istifadə edilsə də, MMC sahibkarların haqqların ödəmir:

“Cənab Prezident İlham Əliyevin tapşırığına əsasən Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən, Ermənistan silahlı qüvvələrinin işğalından azad edilmiş ərazilərdə yol infrastrukturunun yenidən qurulması ilə bağlı Xudafərin-Qubadlı-Laçın və Xanlıq-Qubadlı avtomobil yolunun tikintisi AAYDA “37 №-li Yol İstismarı”MMC ilə subpodratçı şirkət olaraq Türkiyənin Polat Yol Yapı San. Və Tic Anonim Şirkəti-nin Azərbaycan Respublikasındaki Filialına (VÖEN 1500968811) həvalə edilib. Yolun Xanlıq yaşayış məntəqəsindən ayrılan, uzunluğu 17 km olan hissəsindən torpaq qatının və qurğuların tikintisi işləri aparılması üçün Polat şirkəti ilə “SC CONSTRUCTİON” MMC arasınada 01 yanvar 2022-ci il tarixdə XQL-2021-041 nömrəli müqavilə imzalanıb. 2021-ci ilin dekabr ayı tarixində “SC CONSTRUCTİON” MMC-nin formal rəhbəri Qalib Təhməzov biz sahibkarlar ilə müqavilə bağlayıb ağır yük daşıyan və yol tikintisi aparan texnikaları həmin işə cəlb edib. Müəyyən müddət ərzində həmin yol tikintisində biz sahibkarlar çox sayda ağır texikalarla işləyib əmək sərf etmişik. Ortada yaranmış etibardan sui-istifadı edən “SC CONSTRUCTİON” MMC-nin sahibi Qalib Təhməzov bizə düşəcək küllü miqdara pulu ələ keçirərək mənimsəyib.

Dəfələrlə “SC CONSTRUCTİON” MMC-nin rəhbəri Qalib Təhməzovdan bizə düşəcək pulumuzu ödəməsini xahiş və tələb etsək də, AAYDA 37 saylı yol istismarı MMC ilə Polat şirkətinin ona gördüyü işə pul ödəmədiyini bəhanə gətirərək bizə pul ödəməkdən boyun qaçırır.

Bu və bunun kimi “sahibkarlar” cənab Prezidentimizin uğurlu siyasətinə, Qarabağımızın yenidən qurlulmasına kölgə salırlar.
“SC CONSTRUCTİON” MMC-nin rəhbəri Qalib Təhməzovun bizə qarşı etdiyi hərəkətlər cinayət əməli olduğu üçün hüquq mühafizə oraqnlarına şikayət ərizəsi ilə müraciət etmişik.

“SC CONSTRUCTİON” MMC-nin rəhbəri Qalib Təhməzovun bizi aldadıb küllü miqdarda pulumuzu mənimsəməsini təsdiq edən konkret və mötəbər subutlarımız var.
Aidiyyəti mərkəzi orqanların rəhbərlərindən və hüquq mühafizə orqanlarından xahiş edirik etibarımızdan sui-istifadə edərək pulumuzu ələ keçirib mənimsəmiş, dövlətə küllü miqdarda ziyanlar vurmuş “SC CONSTRUCTİON” MMC-nin rəhbəri Qalib Təhməzovun barəsində qanunu və ciddi tədbirlər görəsiniz”.

Şikayət məktubu ilə saytımıza müraciət edən sahibkarlar aşağıdakılardır:
Cəfərov Cavid, Məhiyev Rahib, Bağırov Elxan, Balakişiyev Yalçın, Eyubov Ramil, Qubadov Niyaz, Əliyev Elşən, Quliyev Seymur, Qəhrəmanov Bəhruz, Sultanov İlham, Talıbov Namiq, Əliyev Vahid.
Yazıda adı çəkilən digər tərəflərin də mövqeyini işıqlandırmağa hazırıq.



Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz