Axtarış...

Ceyhun Həsənovun istefaya göndərilməsinin gizlinləri - İLGİNC



Ceyhun Əkbər oğlu Həsənov Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi. Bununla bağlı dünən Prezident İlham Əliyev Sərəncam imzaladı.

Əslində, həbsxanalarda hökm sürən və dövlətin bu sferada imicini zədələyən mənfi hadisələr fonunda bu sərəncam labüd və gözlənilən idi. Ceyhun Həsənovun işdən azad edilməsi həm də dövlət təhlükəsizliyi baxımından gərəkli idi. Çünki Həsənovun iş fəsliyyəti sayəsində dövlətin imicinə, təhlükəsizliyinə vurulan zərbə ilə yanaşı, həbsxanalar İranın narkotik ticarəti "oylağı"na çevrilib.

Gəlin, əvvəlcə Ceyhun Həsənovun tərcümeyi-halına qısa nəzər salaq.

Xatırladaq ki, Ceyhun Həsənov hazırda Müdafiə Sənayesi naziri vəzifəsini daşıyan Mədət Quliyev Dövlət Təhlükəsizliyi Xdimətinə (DTX) təyinat aldıqdan sonra, Penitensiar Xidmətin rəisi postunda onu əvəzləmişdi. O, bu təyinata qədər Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin rəisi vəzifəsində çalışıb.

Üstəlik, mətbuat Ceyhun Həsənovun prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubovla qohum və ona yaxın şəxs olduğunu iddia edir…

Ceyhun Həsənovun Penitensiar Xidmətin rəisi vəzifəsinə gəlməsi ilə İranın ölkəmizə qarşı istər dini müstəvidə, istər də narkotikin qara bazarı sferasında apardığı “müharibə” həbsxanalara da yol tapdı. Belə ki, Mədət Quliyevin zamanında həndəvərinə quş uça bilməyən cəzaçəkmə müəssisələri yeni rəisini gəlişindən qısa müddət sonra şıdırğı narkotik alverinin getdiyi narkobiznes müəssisələrinə çevrildi. Doğrudur, Penitensiar Xidmət arada bir “narkomaniya epidemiyası”na yoluxmuş məhbusların ailə üzvlərinin içəri sızdığırdığı narkotikləri gündəmə gətirirdi. Amma bütün bunlarla yanaşı, həbsə düşən bariqaların həbsxana divarlarını xarici mühitdən hansısa əsrərəngiz yollarla aşıb məhbəsə gətirdikləri narkotik maddələrin dövriyyəsini təşkil etməsinə göz yuman, hələ bu bəs deyilmiş kimi, İranın ölkəmizdəki narkotik biznesinin vüsət almasında xüsusi rolu olan narkotacirlərini mahiyyəti bəlli olmayan səbəblərdən öz yuvalarına yola salan bir quruma çevrilmişdi. Əlbəttə, bu baş verənlərdə C.Həsənovun xüsusi canfəşanlığı olmadan keçinmək mümkün deyildi.

Dediymiz kimi, Ceyhun Həsənovun həbsxanada meydana gətirdiyi “narkobiznes xarüqələri” yalnız narkotik dövriyyəsi qurmaqla bitmir. Sabiq rəis nəinki cavabdeh olduğu sferanı "narkotik oylağı"na çevriməklə kifayətlənmir, o, ilham qaynağı naməlum olan mərhəmətlə 200 nəfərə qədər İranlı narkotacirin ölkəsinə qaytarılması qərarını da vermişdi. İstər şəxsən, istər də himayədarlarının sifarişi ilə. Yəni onun bu qərarı verməsində bağlı olduğu yüksək ranqlı şəxsin istəyi, hansısa “sehrli əl”in müdaxiləsi, yoxsa başqa səbəbin olması qaranlıq qaldı. Halbuki bu iranlı narkotacirlərin səyləri ilə ölkəmizdə işlək narkobiznes şəbəkəsinin ta İrandan idarə edildiyi sirr deyil. Bu işlərin nəticəsində narkotiklə yox, istənilən digər səbəblərlə həbsə düşənlər də narkotik maddələrlə məhbəsda tanış olur, İran narkomafiyasının yeminə çevrilir və beləliklə, cəza müddətini başa vurub azadlığa çıxdıqda İran narkoticarətinin ölkəmizdəki emissarlarının, narkotik alverçilərinin əlaltılarına dönürlər. Hansı ki, bu gedişlə maksimumu 5 ildən sonra narkotiklə yolu kəsişməmiş, sağlam gənc əsl tapıntı olacaq.

Sözsüz ki, 44 günlük müharibədən sonra "uduzan İran" (Ermənistan formal məğlub idi, əsl uduzan İran idi) savaş düsturunu dəyişdi və bizə qarşı “narkotik savaşı” başlatdı. Məsələyə bu nəzər-nöqtəsindən baxsaq, düşünə bilərik ki, həbsxanada narkotik biznesini "düz-qoş" etməkdə ittham olunan Ceyhun Həsənov həm də İranın bizə qarşı narkotik müharibəsinin bir “halqasıdır”. Məlumdur ki, azadlığa buraxılan 200 iranlı narkotacir ölkəsinə geri qayıdandan sonra özlərinin yerinə Azərbaycanın “qara siyahı”sında olmayan yeni narkotacorlər göndərəcək və bu prosesi kənardan da olsa, çox məharətlə idarə edəcəklər. Çünki onlarda bu sahənin mütəxəssisləri bitib-tükənmir. Bəs, Ceyhun Həsənovun bu ehtimalı qiymətləndirməyə qabiliyyəti çatmırdı? Çatırdısa, deməli, bu, qəsdən, bilərəkdən edilirdi. Elə isə Ceyhun Həsənovun azadlıqda gəzməsi hansı ədalətə sığır?

Bundan başqa, "yerli-milli" narkotik alverçilərinin - bariqaların bu cinayət suçundan həbs olunmasından sonra hansısa "piştaxtaaltı" yollarla azadlığa çıxması ölkə gündəminə gəlməli və gündəmə damğa vurmalı mövzudur. Şühbəsiz ki, bu prosesdə də Penitensiar Xidmətin "xoşməramlı xeyirxahlığı" olmadan keçiməyiblər. Çünki Penitensiar Xidmətin islah olunmada "zirvələr fəth etdiyi" təqdimatı olmadan, islah olunanlar, özünü yaxşı, nümunəvi məhbus kimi aparanlar siyahısına düşmədən əfv olunanlar cərgəsinə keçmək mümkün deyil. Və burada da hansısa qaranlıq mətləblərin razılaşdırılması (məsələn, həmin isyahıya düşmək üçün müəyyən məbləğ, tapşırılma və s.) olmadan belə, təfərrüatların yoluna qoyulması mümkünsüzdür. Əlbəttə, həbsxanananı narkobiznes arealına çevirməyi dövlət maraqlarından üstün tutan məmur üçün narkotacirləri qazanc mənbəyinə çevirmək problem deyil. Üstəlik, bu davranış 44 günlük müharibədən sonra narkomaniyaya qarşı mübarizəni Qarabağın azadlığından sonra 2-ci mühüm məqsəd kimi qarşısına qoyan dövlətə və dövlət başçısına açıq-aşkar xəyanətdir. Bu xəyanətkarların əməlləri isə dövləti, dövlət maraqlarını, milli maraqları, başda İran olmaqla, düşmən qüvvələrin ayağının altına atmaqdan başqa bir şey deyil. Dövlətə, onun gələcəyinə, perspektivinə bu miqyasda saymazyana münasibət sərgiləmək cəzasız qalmamalıdır. Yəni bu münasibəti sərgiləyənlər sadəcə vəzifədən azad olunmaqla canlarını qurtarmamalıdırlar.
Dövlət başçısının digər sərəncamıyla Mirsaleh Miradil oğlu Seyidov ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi təyin edilib. Yuxarıda yazılanalara əlavə olaraq qeyd edək ki, görəvi vəzifə səlahiyyətindən istifadə edərək Penitensiar Xidməti İran narkoticarəti bataqlığına batıran Ceyhun Həsənovdan təhvil alan Mirsaleh Seyidovun fəaliyyət yolu elə də hamar olmayacaq. Yeni rəis içəridəki durumu düzəltməklə yanaşı, sələfinin “ciçəkləndirdiyi” narkobiznesi gizləndiyi künc-bucaqları açığa çıxarıb məhv etməlidir. Dövlət başçısının göstərdiyi etimadı əldə edilmiş uğurlu fəaliyyətlə doğrultmaq ona etibar edilmiş vəzifəni yerinə yetirməklə mümkündür. Bu baxımdan Mirsaleh Seyidovun öhdəsinə önəmli iş düşür.

Burada bir haşiyə çıxaraq qeyd edək ki, narkotacirlərin külli miqdarda narkotiklə tutulmasının ardınca onların məhkəmələr tərəfindən azadlığa buraxılması da baş verir. Ay ərzində mediada narkotik alverçilərinin iş başında tutulması ilə bağlı yüzlərlə məlumat dərc olunur. Bu narkotacirlərin aqibətinin layiq olduğu kimi nəticələnməməsində məhkəmələrin xüsusi rolu var. Məsələn, 7 iyul tarixində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinən Vaqif Abbasovun cinayət işi üzrə məhkəmə prosesinin başa çatması və hökmə əsasən, onun barəsində ittiham məhkəmə istintaqı dövründə öz təsdiqini tapmadığı üçün barəsində bəraət hökmünün çıxarılması və məhkəmə zalından azadlığa buraxılması faktı açıqlanıb. Maraqlıdır, bir “bariqa”nın barəsində verilən ittiham məhkəmə dövründə öz təsdiqini tapmırsa, bəs, polis onları iş üstündə necə yaxalayıb? Deməli, ya polis öz işində yartımazlıq göstərir, kimlərisə gözümçıxdıya salır, ya da məhkəmə hansısa qaranlıq mənafelər səbəbindən həmin narkotacirlərin tutulub-buraxılmasında maraqlıdır. //hurriyyet.az//
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz