Axtarış...

Ekologiya və Təbii Sərvətlər Nazirinin qohum əqrəbası nazirliyi "fəth" edib? - İTTİHAM

Ekologiya və Təbii Sərvətlər Nazirinin qohum əqrəbası nazirliyi "fəth" edib? - İTTİHAM

Nazirin qohumları İsmayıllıda, Nabranda meşələri zəbt ediblər…
Deməli son illər kim nazir təyin olunursa, ixtisası uyğun gəldi-gəlmədi öz dost-tanışlarını, qohum-əqrəbasını gətirib doldurur nazirliyə.
Təsəvvür edirsiniz, 15-20 ildə hazırlanmış peşəkar, ixtisaslı kadrlar vəzifəsindən azad edlir və...heç bir aidiyyəti olmayan şəxslər mühüm vəzifəyə təyin olunur.
Biz bir media olaraq xeyli vaxtdır yazırıq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə rəhbərlik edən şəxslərin bu sahəyə aidiyyəti yoxdur. Kimin şübhəsi varsa, buyursun baxsın. Sabiq Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov adicə tarix müəllimi idi.
Uzun illər Azərbaycan eklogiyasının başına olmazın oyunlarını açan, meşələrimizə qənim kəsilən, milyonçuya çevrilən Hüseynqulu Bağırov vəzifəsindən gedəndə hamı düşünürdü ki, nəhayət Azərbaycan təbiətinin canı bir işbilməzdən qurtulacaq. Və yeni təyin olunan ekologiya nazirinə hamı ümidlə baxırdı.
Gəlin, Hüseynqulu Bağırovdan sonrakı Ekologiya və Təbii Sərvətlər Nazirinin ömür yoluna nəzər salaq.
Deməli, sabiq ekologiya nazirimiz Hüseynqulu Bağırov yuxarıda qeyd etdiyimiz kimi tarix müəllimi olub. İndiki ekologiya nazirimiz Muxtar Babayev isə filosofdur. Adamdan soruşarlar ki, filosofun ekologiyaya nə dəxli..? Heç olmasa, coğrafiya, yaxud biologiya müəllimi olsaydı, nəsə başa düşmək olardl. Filosofiya və ekologiya....
Bəli, Muxtar Bahadur oğlu Babayev 1967-ci ildə Bakı şəhərində anadan olub. 1984-cü ildə Bakı şəhərində orta məktəbi bitirib. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsinin, Azərbaycan Dövlət İqtisad İnstitutunun və Ümumrusiya Xarici Ticarət Akademiyasının məzunudur. 1986-1988-ci illərdə hərbi xidmətdə olub. Əmək fəaliyyətinə 1991-ci ildə Azərbaycan Respublikası Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsində başlayıb. 1992-1994-cü illərdə Xarici İqtisadi Əlaqələr Nazirliyinin idarəsində rəis müavini, rəis, 1994-2003-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Xarici İqtisdai Əlaqələr İdarəsində şöbə müdiri, rəis müavini, 2003-2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Marketinq və İqtisadi Əməliyyatlar İdarəsində rəis müavini, sonradan rəis, 2007-2010-cu illərdə isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ekoloji məsələlər üzrə vitse-prezidenti vəzifələrində çalışıb. 2010-cu ildən bəri, Ekologiya naziri təyin olunana qədər, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "Azərikimya" İstehsal Birliyinin Müşahidə Şurasının sədri vəzifəsində çalışıb. 7 noyabr 2010-cu ildə keçirilmiş parlament seçkilərində 43 saylı Sumqayıt üçüncü seçki dairəsindən IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib.
Fikir verdinizmi, bu adam 5-6 il müddətində həm ali məktəbi bitirib, həm 2 il hərbi qulluqda olub. Sonra Ümumrusiya Xarici Ticarət Akademiyasını bitirb və s. Vallahi bütün bunlar biabırçılqıdır. Bu hələ harasıdır..?
Deməli, cənab nazir bütün qohum-əqrəbasını nazirlikdə müxtəlif vəzifələrə təyin edib. Və qohumlarının əli ilə İsmayıllıda, Nabranda meşə ərazilərini zəbt edərək satırlar.
Bir sözlə, Azərbaycan təbiəti Hüsenqulu Bağırovdan sonra sanki Muxtar Babayevin əsarətinə keçib.
P.S. Muxtar Babayevin qaynı Nabranda və başqa rayonlarda Ekologiya Nazirliyinin ərazilərini kimin vasitəsilə zəbt edir? //gundelik-baku.com//
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz