Axtarış...

“Qaçqınkom”un sədri Rövşən Rzayevin Zülfüqar Hüseynzadəyə verdiyi sirrli çadır danışacaq…. - Rövşən Rzayev Zülfüqar Hüseynzadəni nə məqsədlə Kəlbəcərə göndərmişdi...?

“Qaçqınkom”un sədri Rövşən Rzayevin Zülfüqar Hüseynzadəyə verdiyi sirrli çadır danışacaq…. - Rövşən Rzayev Zülfüqar Hüseynzadəni nə məqsədlə Kəlbəcərə göndərmişdi...?


“Qaçqınkom”un sədri Rövşən Rzayevin Zülfüqar Hüseynzadəyə verdiyi sirrli çadır danışacaq…. - Rövşən Rzayev Zülfüqar Hüseynzadəni nə məqsədlə Kəlbəcərə göndərmişdi...?

“Qırmızı tuman” söhbəti Rövşən Rzayevə baha başa gələcəkdir….
Siyasi mətbəxə az-çox bələd olanlar bilir ki, çox vaxt hakimiyyətin içərisində özünü “ayrıca hakimiyyət”, necə deyərlə “dövlətin içində dövlət” kimi aparmaq istəyən iddialı qruplar olur. Bunların məqsədi hakimiyyətə təsir gücünü, rıçaqları öz əllərində saxlamaq, yəni söz sahibi olmaqdır. Bu tiplər millət və dövlət üçün MƏSULİYYƏT altına girmək istəmirlər, necə deyərlər, “ortada yeyib qıraqda gəzmək” istəyirlər və sabah da “süddən çıxan qaşıq kimi” təmiz olmaq istəyirlər. Başqa sözlə, “Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş”. Bunlardan soruşan lazımıdır ki, ölkənin çətin günlərində, özünüz, yaxud atalarınız harada idi, hansı cəbhəyə qulluq edirdi…?
Belə qüvvələrin Azərbaycanda ən bariz nümayəndələri kimi Prezident Administarsiyasının ( PA ) sabiq rəhbəri Ramiz Mehdiyev, Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbov, PA-nın sabiq şöbə müdiri Əli Həsənov və digərlərini göstərmək olar.
Məlumdur ki, bu “troyka” xeyli vaxtdır ki, kənarda qalıblar və öz təsir gücləri əvvəlki ilə müqayisədə xeyli azalıb. Müdriklər deyib ki, “müqəddəs yer boş qalmır”. Bəli, hazırda Azərbaycanın siyasi məkanında boş qalan bu yeri tutmaq, bu boşluğu doldurmaq üçün çalışanlar var. Belələrinə xaricdən də “yel verənlər” də var. Və bu məqsədlə hər cür vasitədən, məmurlardan, daxildəki müxalifət qüvvələrindən, xaricdəki radikallardan, hətta qatı dindarlardan istifadə etmək istəyənlər var. Müşahidələr göstərir ki, bu məsələdə son zamanlar xeyli fəal olanlardan biri də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevdir.
Vaxtilə Şuşada Ermənistan prezdnti Serj Sərkisyanla əl tutub görüşəndə başını aşağı salan, günahkar görkəmdə dayanan Rövşən Rzayev son vaxtlar Ramiz Mehdiyevin rolunu öz üzərinə götürməyə çalışır. Belə ki, on minlərlə məcburi köçkünü, Qarabağ qazisini, şəhid ailəsini, təqaüdçüləri dövlətdən narazı salmağı bacaran Rövşən Rzayev özünə müxalifət arasında da xeyli tərəfdar tapa bilib. Rövşən Rzayev müxalifətçi dostlarına deyir ki, sizə sosial baza hazırlayıram, narazı kütlə hazırlayıram, sizin bacarmadığınızı mən eləyirəm, sizin MEYDANI genişləndirirəm və s. Doğrudan da, hakimiyyətdə yüksək vəzifə tutub arxadan zərbə vuran Rövşən Rzayevlərin əməlləri dövlətimizə, dövlətçiliyə zərbədir. Bunun başqa adı yoxdur.
Məlumat üçün qeyd edək ki, bu, ümumiyyətlə, təzə məsələ deyil. Tarixən saraydaxili qüvvələr olub. Bir daha deyirik ki, onların məqsədi xalqa, dövlətə qulluq etmək deyil, öz nüfuzlarını qorumaqdır, yəni təsir rıçaqlarını əllərində saxlamaq istəyirlər. Bunun bir adı da loru dildə desək, “Çörəyini yediyi qaba tüpürməkdir”. Nə isə, indi keçək əsas mətləbə.
Deməli, Rövşən Rzayev və onun şəbəkəsi radikal müxalifət nümayəndələri, müxalifət mediası ilə gizli əməkdaşlıq edir, hətta dövlətdən oğurladığı milyonları müxalif medianın maliyyələşdirməsinə ayırırlar, hətta onlara sponsorluq edirlər.
Məlumdur ki, bir neçə gün öncə “Moderator.az” saytının rəhbəri, jurnalist Zülfüqar Hüseynzadə Kəlbəcərdə 52 yaşında vəfat etdi. Bu haqda "Müsavat"-da geniş məqalə dərc olunmuşdur.
Əldə etdiyimiz məlumata görə, Zülfüqar Hüseynzadənin Kəlbəcərə səfəri zamanı Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev ona himayədarlıq edib. Hətta Zülfüqar Hüseynzadənin bütün rayona getmək xərclərini Rövşən Rzayev çəkib. Rövşən Rzayevin dediklərinə görə, gediş xərclərini çəkməklə bərabər, Kəlbəcərə gedən kompaniyaya hətta hər bir texniki vasitə ilə təchiz olunmuş böyük çadır da verilib. Bütün jurnalistlər Qarabağa səfər edib, içi biz qarışıq. Nə üçün Rövşən Rzayev bizə, bir çətir belə vermədi başımıza tutaq? Amma mərhum Zülfüqar Hüseynzadəyə bütün texniki vasitələrlə təmin olunmuş bir neçə şəxsin müzakirə apara biləcəyi çadır verilir. Məqsəd nə idi? Sabah isə Rövşən Rzayev şəxsən özü yasda iştirak edəcək. Biz sevinirik ki, Rövşən Rzayev Müxalif yazara belə qayğı göstərir. Hətta, Zülfüqar Hüseynzadənin qardaşı İbrahim, Rövşən Rzayevin mətbuat xidmətidir.
Rövşən Rzayevdən yaxın zamanda soruşacaqlar, daha doğrusu, sorğu-sual edəcəklər ki, mərhum müxalifətçi jurnalist Zülfüqar Hüseynzadəni hansı tapşırıqla Kəlbəcərə göndərmişdin..? O hansı tapşırıqları yerinə yetirməli idi..? Ay Rövşən Rzayev, sənin Zülfüqar Hüseynzadəyə verdiyin çadır çox şey danışacaq… O çadırda nələr quraşdırılmışdı…O çadırda hansı müasir texniki vasitələr var idi…
Bəli, mərhum Zülfüqar Hüseynzadənin qardaşı İbrahim Rövşən Rzayevin mətbuat xidmətində çalışır və Rövşən Rzayev onu Departamentə rəhbəri təyin etmək istəyir… Rövşən Rzayev söz verib ki, 6-cı gün mütləq mərhum Zülfüqar Hüseynzadənin yas mərasimində iştirak edəcək… Rövşən Rzayev çox təlaş keçirir ki, birdən çadır məsələsinin üstü açılar…
Bəli, bu sirrli çadır xaricdəki müxalifətçilərlə gizli, həm də konfidensial danışmaq üçün bir vasitə idi…
Onu da qeyd edək ki, əslən Kəlbəcərdən olan müxalif yazarlar hakimiyyət ərkanında təmsil olunan iri məmurlarla çox yaxın, sıx münasibətdədirlər. Hətta Kəlbəcərdən olan müxalif yazarlar və məmurlar gizli planlar quraraq nazirləri şantaj etməkdən çəkinmirlər, topladıqları şantaj materiallarını xaricə ötürərək bəzi ünvanlara siqnallar göndərirlər ki, səndən yazırlar haa…. Rövşən Rzayevin nəinki dövlət adamına, hətta dosta yaraşmayan “Qırmızı tuman” söhbəti isə daha ciddi və barışmaz mövqe tələb edir.
Biz bu mövqedən geri çəkilən deyilik… Əmin ola bilərsən, Rövşən Rzayev… Amma bir xatırlatma da edirəm. Heç başqa fikirlərə düşməyin.
P.S. Kəlbəcərdən olan o biri yazara demək istəyirik ki, Teymur Kərimov haqqında dediyin təhqiramiz fikirləri deyəsən yayımlamaq vaxtı çatıb. Görürsən biz vaxtsız heçnə etmirik.

gundelik baki.com
Text-to-Speech

DİNLƏ






Şərh yaz
Hello, I think your website might be having web browser compatibility problems.
Whenever I look at your web site in Safari, it looks fine but when opening in IE, it has
some overlapping issues. I just wanted to give you a
quick heads up! Besides that, great site!

Here is my homepage ... [url=http://www.lntoxicated.com/home.php?mod=space&uid=771270]g[/url]
My brother suggested I might like this blog. He was entirely right.
This post actually made my day. You can not imagine just how much time I had spent for this information! Thanks!


My website - [url=https://trade-britanica.trade/wiki/Smash_Karts]g[/url]