Tovuz rayonu,Vahidli kənd sakini, Şəhid və Qarabağ veteranı anası Həsənova
Ceyran Məhəmməd qızı tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb.
Bir nüsxəsi də DİA,AZ-a daxil olan müraciətdə deyilir:
"Nəzərinizə çatdırıram ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xdmətlər
Agentliyinin Laboratoriya, Ekspetiza və Sertifikatlaşdırma Mərkəzinin direktoru,
ixtisasca neft mühəndisi olan, işlədiyi təşkilatı tamamilə rüşvətxorluq və korrupsiya
yuvasına çevirərək bərbad vəziyyətə salan, dövlət büdcəsini rəsmən qarət edən
Rəşad Vahabzadənin tələb etdiyi 25000 manat rüşvəti verə bilmədiyimizə görə
peşəkar mütəxəssis, alim-aqronom olan oğlum Həsənov Naməddin Tofiq oğlunun
əmək müqaviləsinə 01.10.2021-ci il tarixindən müqavilənin müddətinin başa
çatmasını əsas götürərək xitam veriblər. Qeyd edim ki, oğlumun üç azyaşlı uşağı var
və qoca, xəstə, daimi müalicəyə ehtiyacı olan şəhid anası onun himayəsində
yaşayır, ailədə yeganə işləyən oglum idi. Min dəfələrlə qeyd etdiyim kimi bu qeyri-
qanuni hərəkətdir. Çünki Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli, 10 saylı
qərarının 3.2.9 bəndində qeyd olunur ki, idarə və təşkilatlarda ixtisar gedərsə şəhid
ailəsi üzvlərinə üstünlük verilir, əgər müəssisənin fəaliyyəti tam dayandırılarsa bu
halda şəhid ailəsi üzvü digər təşkilatda işlə təmin olunmalıdır. Bildirirəm ki, Nazirlər
Kabinetinin, yəni hökumətin qərarında yazılanlara istisnasız əməl edilməlidir və
qeyd edirəm ki, oğlumun işlədiyi təşkilatda heç bir ixtisar getməyib, əksinə idarə
daha da genişləndirilib və oğlumun yerinə heç bir təcrübəsi olmayan, vətən
müharibəsində iştirak etməyən, Rəşad Vahabzadənin maraqlarını ödəyən birini
təyin ediblər.
Mənə pis təsir edən isə odur ki, həmin təşkilatda yeganə şəhid və Qarabağ
veteranı qardaşı mənim oğlum idi və onu da işdən azad etdilər. Əksinə müharıbədə
iştirak etməyənlər, qeyri-peşəkarlar, qeyri- ixtisas sahibləri, neft mühəhdisləri və
hətta hərbi xidmətdə belə olmayanlar həmin təşkilatda iş başındadırlar. Bu isə
məndə belə bir şübhə yaradır ki, yəqin mənim övladlarım ermənilərə güllə
atmaqda səhv ediblər və ona görə də şəhid ailəsini cəzalandırırlar.
Bildirirəm ki, bu günə qədər etdiyimiz minlərlə müraciətimizə cavab olaraq Kənd
Təsərrüfatı nazirliyinin sabiq Aparat rəhbəri, hal-hazırda Aqrar Xidmətlər
Agentliyinin sədr müavini, Biləsuvar rayonunun həbs olunan icra başçısının qara
kassası, Biləsuvar rayonunda min hekterlarla torpaq sahəsini qucaqlayan, Bakı
şəhərində 150000 manat dəyəri olan maşınla at oynadan oğlunu "komissovat"
etdirib "neqodnı" hərbi bilet alan, həmin oğlunu Dövlət Qulluğu haqqında qanunun
tələblərini pozaraq Kənd Təsərrüfatı nazirliyinin kadrlar şöbəsinə baş məsləhətçi
təyin etdirən, sonra isə bu məsələnin içtimailəşməsindən çəkinərək oğlunu Milli
Banka köçürmə yolu ilə işə düzəldən Rəfael Quliyev bildirir ki, oğlunuzun əmək
müqaviləsinin uzadılmasını məqsədə uyğun hesab etmirik, amma vətən uğrunda
ölməyiniz məqsədə uyğundur.
Cənab Prezident!
Artiq Rəşad Vahabzadə və Rəfaei Quliyev kimi üzdəniraq məmurlar bizim
uğrunda canımızı verdiyimiz ölkəmizdə yaşamağımıza imkan vermirlər. Ona görə
Sizdən xahiş edirəm ki,mənim və ailə üzvlərimin ölkə vətəndaşlığından imtinamızı
qəbul edəsiniz.
Cənab Səfir!
Xahiş edirəm mənim və ailə üzvlərimin İsrail Dövlətinin vətəndaşlığına qəbul
edilməyimizə köməkdarlıq edəsiniz.
Həsənova Ceyran Məhəmməd qızı.
Şəhid və Qarabağ veteranı anası.
Tovuz rayonu, Vahidli kəndi".
Məsələ ilə bağlı olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...