Axtarış...

Xəzər rayon icra başçısı ÖZBAŞINA QALIB... - BUNUN BAŞQA ADI YOXDUR...

Xəzər rayon icra başçısı ÖZBAŞINA QALIB... - BUNUN BAŞQA ADI YOXDUR...

Bura Buzovna qəsəbəsində yerləşən Zuğulba çimərliyidir. Dəniz sahili boyunca çimərlik açıq olsa da, ərazidə çəkilmiş bu dəmir hasarlara görə, insanların dənizdən istifadəsi müşkülə çevrilib.

İyunun 15-dən Azərbaycanda dəniz mövsümü başlayıb. Amma mövsüm hələ başlamadan Buzovna sahilləri üçün dənizə giriş məhdudlaşdırlıb.

Əvvəllər dənizkənarı Buzovna sakinlərinin bir addımlığında idisə, indi sakinlər dincəlmək üçün 500 metr, bəlkə də daha çox məsafə qət etməlidir. Hələ 10 ay öncə prezident İlham Əliyev Buzovna qayalarında törədilən qanun pozuntularından danışmışdı.

Buzovna sakinləri aidiyyatı qurumların məsələyə laqeyd qalmalarına diqqət çəkirlər. Hasarlanmış ərazidə yerləşən “Glam Beach” istirahət mərkəzinə giriş 8 manatdan başlayır. Çəkiliş zamanı Toplum Tv əməkdaşlarına yaxınlaşan, özünü hasarlanmış ərazidəki sözügedən istirahət mərkəzinin nümayəndəsi kimi təqdim edən, əslən türkiyəli, Mehmet adlı şəxs müsahibə verməyə razı olmadı. Amma jurnalistlərlə söhbəti zamanı dedi ki, hasarlanmış ərazinin çıxarışı var.

Mehmet bəyin təsvir etdiyi kimi “ 50 metr sağa gedib, hasarın çıxışına çatmaq üçün təxminən 1000 metrə yaxın yol getdik. Hasar bitəndən sonra vardığımız ərazi isə yerli sakinlərin üzməyə deyil, balıq tutmağa gəldikləri yer idi.

Hüquqşünas Səməd Rəhimli deyir, Xəzər dənizinin Azərbaycana mənsub olan 20-50 metrlik zolaqda yerləşən torpaq sahəsi torpaq məcəlləsinin 46-cı maddəsinə uyğun olaraq su fondu torpaqları sayılır və dövlət mülkiyyətində olan torpaqlar sayılır. Həmin torpaq sahəsi dövlət mülkiyyətində olduğu üçün özgəninkiləşdirilə bilməz.

Toplum Tv hasarlanan çimərliklərlə bağlı Bakı şəhəri icra hakimiyyəti ilə əlaqə saxlayıb. Qurumdan bildirildi ki, məsələyə Xəzər rayon icra hakimiyyəti cavabdehdir. Lakin Xəzər rayon icra hakimiyyətinə edilən zənglər cavabsız qalıb.

Toplum TV
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz