Axtarış...

Buzovna sakinlərindən ölkə başçısına təşəkkür - Qayalıqlara görə+Video

Buzovna sakinlərindən ölkə başçısına təşəkkür - Qayalıqlara görə+Video


Buzovna sakinləri dənizkənarı ərazidəki problemlərinin həllinə görə Prezident İlham Əliyevə təşəkkür edib.

Sakinlər dəniz kənarında çəkilmiş qanunsuz hasarların sökülməsi, qayalıq əraziyə və dənizə rahat giriş-çıxışın təmin olunması və ərazidə abadlıq işlərinin aparılmasına görə dövlət başçısının göstərişinin müstəsna əhəmiyyəti olduğunu ifadə ediblər. Sözügedən müraciətdə deyilir:

"İllərdir Buzovna qəsəbəsində mövcud olan, min-bir nəsil yola salmış unikal qayalıqlar təəssüf olsun ki, son 20 ildə ayrı-ayrı fərdlərin amansız işğalına məruz qaldı və onlar zəbt olundu. Ən acınacaqlısı isə məhv edildi. Bir çox hissəsinə tikinti tullantıları töküldü, bir çox hissəsi zədələndi, bir çox hissəsini isə kəsib doğradılar.

Təəssüf olsun ki, o unikallıq, onun böyük bir hissəsi öz gözəlliyini itirdi. Bu 20 il ərzində onların həsrətində, lakin onları görmədən dünyasını dəyişən atalarımız, analarımız, böyüklərimiz oldu. Biz onların azadlığı üçün, onların əzəli vəziyyətində qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi üçün dövlətimizə müraciət etdik və Cənab Prezidentimizdən onların azadlığı üçün sərəncam verməsini xahiş etdik.

22 iyun 2022-ci ildə cənab Prezident bununla bağlı fərman verdi. Və şükürlər olsun ki, bizim qayalıqlarımız azadlığa çıxmağa başlayır. Və bunun üçün Buzovna qayalıqlarının azadlıq prosesinin başlanması üçün biz Buzovna qəsəbə sakinləri cənab Prezidentə təşəkkür edirik”.

Qeyd edək ki, Buzovnada dəniz sahilindəki qanunsuz hasar və tikililər ötən ay sökülüb. Buzovna sakinlərinin müraciətləri ilə əlaqədar ərazilərdə aparılan inventarizasiya zamanı müəyyən edilib ki, vaxtilə, 10-15 il əvvəl burada bəzi insanlar tərəfindən dəniz kənarlarının hasarlanması, sahilə keçidlərin bağlanması, həmçinin qədim qayalıqların zibillənməsi hallarına yol verilib ki, bu da haqlı narazılıqlara səbəb olur.
Text-to-Speech

DİNLƏ






Şərh yaz