Şəhid balası, şəhid yadigarı...
Onlar "Vətən-Vətən" deyə şəhid oldular.
Vətənin tarixində əbədiləşdilər..
Düz, qürurla bax, sən şəhid övladısan.
Vətən fədaisinin əmanətisən.
Bu məsum körpələr böyüdükcə, yaşa dolduqca atalarının kim olduğunu anlayacaqlar. "Sən şəhid oğlusan!", "Sən şəhid qızısan!" sözlərini qürurla dinləyəcəklər. Atasızlığını hiss edəndə bu müqəddəs ad onlara təsəlli gətirəcək, həyat eşqi və mübarizə ruhu aşılayacaq. Bu gün isə onlar bütün cəmiyyət üçün bir əmanətdir. Şəhid əmanəti! Bu balaca qız 44 günlük müharibədə Beyləqandan künüllü cəbhəyə yollanan və Cəbrayılın işğaldan azad olunması zamanı qəhrəmanlıqla həlak olan Vüqar Məmmədovun qızıdır. Vüqar cəbhəyə gedəndə üçüncü övladlarını gözləyirdilər. Lakin ata sonbeşinin üzünü görə bilmədi. Atasının ölümündən sonra doğulan körpəyə Vüqarın adını qoydular. İndi Məmmədovlar ailəsində bu gün bir uşaq böyüyür.Məmmədov Vüqar Vüqar oğlu...Hələ ağlı bir şey kəsməsə də, birinci sinfi müvəffəqiyyətlə başa vuran bacısı Fidan Şəhid ovladı olduğunu yaxşı başa düşür. Fidan gələcək həyat yolunu indidən müəəyyənləşdirib. Deyir ki, həkimlik oxuyub insanlara həyat bəxş edəcəyəm. Sinif rəhbəri Gülşən müəllim də deyir ki, biz hamımız Fidanın atası və bütün şəhidlərimizlə fəxr edirik. Fidan bizə Şəhidimizin əmanətidir. Bəli, xalqımız əmanətə ləyaqətlə sahib çıxmağı bacarır..