İş adamı Azad Əliyev dəymiş ziyanı ödəməkdəm imtina edir
İsmayıılı rayonunda fəaliyyət göstərən “İsmayıllı Tikinti 27” MMC-nin sahibi iş adamı Azad Əliyev Vüsal Həsənova keyfiyyətsiz beton satmaqla onu ziyana salıb. Məsələ ilə bağlı şikayətçi olan Vüsal Həsənov saytımıza bildirdi ki, təsadüfən Bakıda restoranların birində Azad Əliyevin dostu Məmməd Əhmədsoyun oğlu Səfər Əhmədsoyla tanış oldum və söhbət əsnasında atasının beton zavodu olduğunu bildirdi. Vüsal Həsənov Qəbələ rayonunda fərdi ev tikidiyini Səfər Əhmədsoya bildirdikdə isə, o atasının beton zavodu olduğunu və dostu Azad Əliyevə məxsus “İsmayıllı Tikinti 27” MMC-dən ona beton alıb verə biləcəyini bildirib.
Şikayətçi qeyd edir ki, razılaşmaya görə aldığım betonun pulunun bir hissəsi töküldüyü vaxt, bir hissəsi isə avqust ayında verilməli idi. Müqavilədə isə “İsmayıllı Tikinti 27” MMC-nin 400 marka beton verəcəyi qeyd edilib.
Vüsal Həsənov bildirir ki, evin dam hissəsinə istifadə olunan beton quruduqdan sonra ovulub tökülməyə başlayıb. Məsələni araşdırdıqda isə məlum olub ki, hətta “İsmayıllı Tikinti 27” MMC tərəfindən daha önvə satılan betonlar belə müqavilə şərtlərində yazıldığı kimi 400 marka deyil, 350 markadır və sonuncu verilən beton isə istifadəyə tam yararsızdır. Həmçinin satılan betonun ucuz başa gəlməsi üçün gilli çay daşından istifadə olunub və ölçü çox gəlməsi üçün suyunu normal qaydasından dəfələrlə artıq əlavə ediblər.
Şikayətçi beton tökülmə ərəfəsində problemlə bağlı “İsmayıllı Tikinti 27” MMC rəhbərliyi ilə əlaqə yaradıb və Azad Əliyev ona bildirib ki, "narahatçılığa əsas yoxdur,betonu tökün əgər hər hansı bir problem olarsa bütün ziyanı qarşılayacaq".
Vüsal Həsənov qeyd edir ki, yaranmış problemdən sonra “İsmayıllı Tikinti 27” MMC rəhbərliyi dəymiş ziyanı ödəməkdən boyun qaçırırlar. Keyfiyyətsiz beton satışı ilə məşğul olan Azad Əliyev açıq şəkildə bildirir ki, "mən heç kəsdən qorxmuram, hara şikayət edirsən elə...".