“Övladım soruşur, ay ata, bizim nə vaxt evimiz olacaq?” - ETİRAZ
Facebook
Twitter
Вконтакте
Одноклассники
Google+
Qarabağ müharibəsinin iştirakçıları- Samir İsmayılov, Elnur Rüstəmov və İlham Əliqayev Prezident Administrasiyasının qarşısında etiraz aksiyası keçiriblər.
Etirazçılar prezidentə müraciət edərək sosial problemlərindən danışıblar.
Müharibə iştirakçıları prezidentlə görüş tələb ediblər. Amma polislər onları Nazirlər Kabinetinə yönləndirib.
Aksiya iştirakçıları səsləri duyulanadək belə etirazlara davam edəcəklərini söyləyiblər. Əmək və əhalinin sosial müdafiə nazirliyindən bildirlib ki, Astara rayon sakini Elnur Rüstəmova ötən ilin əvvəlindən müharibə veteranı adı verilib və 80 manat təqaüd təyin olunub. Bundan başqa, vətəndaş ötən il üç dəfə əyani müayinədə iştirak edib. Amma müayinələr nəticəsində vətəndaşın diaqnozunun əlillik səviyyəsində olmadığı müəyyən edilib.
Aksiyada iştirak edən Birinci Qarabağ müharibəsinin iştirakçısı İlham Əliqayev əlilliyinin qiymətləndirilməsi ilə bağlı bu ilin mayında əyani müayinə edilib. Müayinə zamanı şəxsin hazırki psixi durumunda dəyişikliklər müşahidə edilmədiyi göstərilib.
Goranboy rayon sakini Samir İsmayılov hərbi xidmət vəzifələrini yerinə yertirməklə əlaqədar beş il ərzində müvafiq sosial ödənişlərlə təmin edilib.
Həmçinin DOST İş mərkəzi tərəfindən işlə təmin edilib və indi də rəsmi əmək müqaviləsi ilə işləyir, aylıq əməkhaqqı ilə təmin olunur.
Samir İsmayılovun hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlilliyinin müddəti 2022-ci ildə başa çatıb.
Əlillik müddətinin uzadılması üçün e-sistemə daxil edilmiş göndərişlərlə əlaqədar o, ötən ilin aprel, iyul, oktyabr və bu ilin yanvar aylarında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinə edilib.
Müayinələr nəticəsində də onun hazırki sağlamlıq vəziyyətində artıq əlillik əlaməti olmadığı müəyyən edilib.
Prezident İlham Əliyev dəfələrlə çıxışlarında müharibə iştirakçılarına və şəhid ailələrinə daim diqqət göstərildiyini vurğulayır. İkinci Qarabağ döyüşlərindən sonra istər Birinci, istər İkinci Qarabağ müharibə iştirakçıları vaxtaşırı müxtəlif qurumların binaları qarşısında silsilə etiraz aksiyaları keçirirlər. Onlar əsasən sosial problemlərinə diqqət çəkir, aidiyyatı qurumların müharibə iştirakçılarının problemlərinə etinasız yanaşdıqlarından gileyləniblər.