"Məmurların övladları cibində dollar, mən dərman gəzdirirəm" - Qarabağ Qazisi ŞİKAYƏTÇİDİR
Facebook
Twitter
Вконтакте
Одноклассники
Google+
"Məmurların övladları cibində dollar gəzdirəndə, mən dərman gəzdirirəm".
Millitv.az BBC-yə istinadla xəbər verir ki, bu sözləri martın 28-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında etiraz aksiyası keçirən Vətən müharibəsi iştirakçılarından Elşad Dursunov deyib.
Həmin gün bir neçə İkinci Qarabağ müharibəsinin iştirakçısı Nazirliyin qarşısında etiraz aksiyası keçiriblər. Onların bəziləri işsizlikdən, bəziləri isə əlillik dərəcəsi ala bilmədiklərindən narazı olduqlarını dilə gətiriblər. Aksiya zamanı qazilərlə polislər arasında mübahisə yaranıb və qazilərin bir neçəsinin səhhəti pisləşib.