Son günlər ölkə ərazisində havanın kəskin istiləşməsi cəzaçəkmə müəssisələrində saxlanılan məhkumlar üçün ciddi problemə səbəb olub.
Millitv.az xəbər verir ki, bu barədə Gununsesi.info-ya Penitensiar Xidmətin 13 saylı cəzaçəkmə müsəssəsində saxlanılan məhkumların yaxınları bildirib.
Məlumata görə, Qaradağ Rayonunun Qızıldaş ərazisində yerləşən bu müsssisələrdə suyun fasilələrlə verilməsi məhkumları bir sıra çətinliklərlə üzləşdirib.
Bundan başqa müssisədəki yataqxanalarda kondisioner və digır soyuducu avadanlıqların olmaması vəziyyəti daha da mürəkkəbləşdirib.
Belə ki, bir yataqxanada təxminən 300 nəfər saxlanılır ki, bu istilərdə onların vəziyyətini təsəvvür etmək çətin deyil.
Məsələ ilə bağlı Penitensiar Xidmətdən münasibət öyrənmək mümkün olmayıb.