Axtarış...

İsmayıllıdakı "Bax Belə" istirahət mərkəzində müştərinin başına "bax belə" oyun açıldı... - MÜRACİƏT

İsmayıllıdakı "Bax Belə" istirahət mərkəzində müştərinin başına "bax belə" oyun açıldı... - MÜRACİƏT

Azad İstehlak Birliyinin sədri Eyyub Hüseynova
Baki şəhəri Yasamal rayonu Moskva pr.73A mən:117 ünvanında yaşayan Xəlilova Nilufər Nizami qızı tərəfindən

Ərizə

Yazıb Sizə bildirmək istəyirəm ki, 28.05.2023-cü il tarixində İsmayıllıda yerləşən Bax Belə istirahət mərkəzində (0507002515) yer rezervasiya edərək, göstərildiyi kimi otelin kartına (xxxxxxxxxxxxx) 150 azn ödəniş etdim. Bizə what’s appa otagın video rolik göndəriblər, göstərildiyində otaq geniş idi və rayona gedən yolların acıq oldugu bildirildi. Beləliklə mən və iki övladım 28.05.2023 il tarixində istirahətə getdik, lakin otaqın vəziyyətini görüb peşman olduq. Belə ki, İsmayıllı rayonunda və Bax Belə istirahət mərkəzin qarşısında 3 yerdə yol çəkilişi gedirdi və təmir işləri aparılırdı, səs-küy və toz-torpaqdan istirahət etmək mümkün deyildi və realda otaq çox dar idi və 1 gecə üçün ödəniş həmin video rolikdə 130azn idi, amma bizdən 150 azn tələb etdilər. Hətta orada şikayətçi olan qonaqlar da pulunun geri qaytarılmamasına görə məcbur orada qalmalı oldular. Mən bu vəziyyəti görüb dərhal etiraz etdikdə otelin administratoru (adını bilmirəm, telefon nömrəsi 0507002515)mənə Qəbələdə, Vəndamda gəzib daha sonra İsmayıllıya qayıdıb gecələməyini dedilər. Mən pulumu geri tələb etdikdə isə administrator mənə ödədiyim 150 azn məbləgi geri qaytarmayacaqlarını dedi və çox təəssuf ki, mən övladlarım ilə Bakıya qayıdası olduq, həmin yerdə istirahət edə bilməzdik. Xahiş edirəm mənim hüququmu qoruyasınız. Bu istirahət mərkəzi barədə muvafiq dövlət orqanlarına, kütləvi informasiya vasitələrinə məlumat verəsiniz ki, insanlar mənim kimi video roliki görüb -aldadılmasın. 150 azn ödədiyim pul mənə təcili geri qaytarılmasında köməklik edəsiniz.

İmza: Xəlilova Nilufər Nizami qızı
31.05.2023 //moderator.az//
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz