Axtarış...

Azərbaycan təhsilində və səhiyyə idarəsində korrupsiya, rüşvət əməlli başlı tüğyan edir

Redaksiyamıza daxil olan şikayətdə bildirilir ki, Məlahət, Nuranə, Təranə adlı şəxslər insanlara qarşı dələduzluq edirlər. Məsələ ilə bağlı araşdırma apardıq və aydın oldu ki, həqiqətəndə şikayət əsaslı imiş. Təranə adlı şəxs Həkim-pediatrdır. Bunlar vətəndaşları aldadaraq, müəyyən qədər pullar tələb edirlər.

Aldıqları pulun qarşılığında guya müəllimlərin işə qəbul olunması üçün onlara sertifikatlar veriləcək, sürücülük imtahanından kəsilən tələbələr üçün isə guya imtahandan keçirəcəklər.

Bu 3 qadın əməlli başlı dələduzluq edib, camaatın haqqına girirlər.

Azərbaycan təhsilində və səhiyyə idarəsində korrupsiya, rüşvət əməlli başlı tüğyan edir.
Hara baxır görəsən bizim aidiyyatı qurumlar. Bu cür dələduz insanlar yerindəcə cəzalandırılmalıdır. Utanmadan, çəkinmədən kimlərinsə haqqına girib pul alıb, ciblərinə qoyurlar.

Məsələ ilə bağlı üzümüzü tuturuq aidiyyatı qurumlara. Yazıb sizdən xahiş edirik. Məlahət, Nuranə, Təranə adlı bu şəxslər barəsində tezliklə ciddi bir tədbir görülsün. Bu cür fırıldaqçı, dələduzluqla məşğul olan insanlar cəmiyyətdən təcrid olunmalıdır. Cəmiyyət üçün təhlükəlidirlər.
Məsələ ilə bağlı araşdırmamız davam edir, qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.

Kanal1.az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz