İllərdir ki, "hər şey yaxşı olacaq" deyə -deyə, özümüz özümüzü aldada -aldada ömür yolu gəlirik. Amma, nə yazıq ki, böyüklərimizdən eşitdiyimiz və özümüzün də inandığımız bu yalan, heç bir sahədə təsadüfən də olsa, özünü doğrultmur.
Elə bizi vətəndaş olaraq da hər sahədə "inkişaf" vədi ilə aldadırlar illərdir. inkişafı isə yalnız korrupsiya və özbaşınalıqlarda görürük. Bu problemlər sürətlə "pik hədd"ə doğru "şütüyür".
Baxın!
Siyəzən rayonununda, müqəddəs ziyarətgaha gedən yolda lentə alınan bu antisanitar görüntüləri gördükdə, insan müqəddəs sayılan ziyarətgahdan belə soyuyur.
Özü də magistral yolun kənarında olan bu xəstəlik, infeksiya mənbəyi insanlara ödənişli "xidmət" göstərir. Yəni, pulumuzu verib, xəstəlik alıb, yolumuza davam edirik.
Məhz bu cür problemlər üçün yaradılmış qurum və ərazi üzrə icra nümayəndəliyi, sahə müvəkkili, ərazi üzrə bələdiyyə idarəsi hara baxır görəsən?
Müxtəlif cür xəstəliklərin tüğyan etdiyi bir dövrdə, hər gün bir infeksiyanın yarandığı və əhali arasında sürətlə yayılıb, sağlamlığımıza da, iqtisadiyyatımıza da ciddi ziyanlar vurduğu zamanda bu kimi görüntülərin hələ də var olması, aidiyyatı idarələrin məsuliyyətsizliyi, özbaşınalıqları və insanları saymazlıqlarıdır.
Yeri gəlmişkən, gördüyünüz iyrənc göründülərin çox yaxınlığında yol kənarında qida məhsulları da satılır ki, bu da küçə ticarətini qadağan edən qanunlara və gigiyenik qaydalara zidd olan ən önəmli haldır.
Görəsən, yeni yaradılan AQTA və digər aidiyyatı qurumlar hansı "razılaşma"lara əsasən gördüklərini görməzdən gəlir və bu problemlərin həlli üçün lazımi tədbirlər görmürlər?
Redaksiyamız hər kəsin söz haqqını tanıyır.
Xeberfakt.az