Siyəzən RİH-nin hüquq şöbəsinin müdiri Gülnar İlyasovanın diplomunun saxta olması iddia edilir.
Adının açıqlanmasını istəməyən rayon sakini 7Times.az-a müraciət edərək şöbə müdirinin diplomunun saxta olmasını iddia edib.
SİYƏZƏN RAYON İCRA HAKİMİYYƏTİNİN HÜQUQ ŞÖBƏSİNİN MÜDİRİ GÜLNAR İLYASOVANIN DİPLOMU SAXTADIR, DİM-Zİ TƏRƏFİNDƏN TANINMIR. ƏVVƏL RUSİYA FEDERASİYASININ DƏRBƏND ŞƏHƏRİNDƏ SONRA İSƏ , BDU-NUN HÜQUQ ŞÖBƏSİNƏ DİM-DƏN KƏNAR KÖÇÜRTMƏ OLUNUB.
SAXTA DİPLOMLU XANIMI “SEHİRLİ ƏLLƏR” QORUYUB SAXLAYARAQ HƏTTA HÜQUQ ŞÖBƏSİNƏ MÜDİR TƏYİN EDİBLƏR. İLK ƏVVƏL SİYƏZƏN RAYON KEÇMİŞ İCRA BAŞÇISI İŞLƏMİŞ, ASİF HÜSEYNOV SAXTDA DİPLOMLU XANIMI SİYƏZƏN NOTARİAT KANTORUNUN RƏHBƏRİ İŞLƏMİŞ HAKİM ADLI ŞƏXSİN XAHİŞİ İLƏ İŞƏ GÖTÜRMÜŞ, SONRA İSƏ İNDİKİ İCRA BAŞÇISI NOVRUZ NOVRUZOV TƏRƏFİNDƏN ŞÖBƏ MÜDİRİ TƏYİN EDİLMİŞDİR.
HÖRMƏTLİ 7TİMES.AZ ,SİZDƏN XAİŞ EDİRƏM, BU MƏLUMATI DƏQİQLƏŞDİRİN GÖRƏCƏKSİZKİ, HƏQİQƏTƏN GÜLNAR İLYASOVANIN DİPLOMU SAXTDADIR. HƏTTDA İCRA HAKİMİYYƏTİNDƏ BU HAQDA HAMI BİLİR.
GÜLNAR İLYASOVA İSTƏDİYİ VAXT GƏLİB İSTƏDİYİ VAXT GEDİR.GÜNLƏRLƏ , HƏFTƏLƏRLƏ İŞƏ ÇIXMIR, İCRA HAKİMİYYƏTİNİ USAQ BAXÇASINA DÖNDƏRİB. EVLADINI UŞAQ BAXÇASINA YOX ÖZÜYLƏ İŞƏ APARIR.
BÜTÜN SİYƏZƏN BİLİRKİ, GÜLNAR İLYASOVANIN DİPLOMU DİM -DƏ QEYDİYYATDA KEÇMƏYİB.
DƏRBƏND UNİVERİSTENDƏN QEYRİ QANUNİ KÖÇÜRMƏ İLƏ GƏLİB. KEÇƏN İL SƏNƏDLƏŞMƏDƏ PROBLEM YARANMIŞDI.
HƏLƏ QİYABİ DÖVLƏT İDARƏ ETMƏ AKADEMİYASINDA OXUMAĞI, NOVRUZ NOVRUZOVUN ƏLAQƏLƏRİNƏ GÖRƏ OLDU, BİRİNCİ KURSDADI.
SİZDƏN BİR DAHA XAİŞ EDİRƏM , DİM SORĞU GÖNDƏRİN.
7Times.az məsələ barəsində sözü gedən şöbə müdiri Gülnar İlyasova ilə əlaqə saxlayaraq barəsində səsləndirilən iddialar barədə münasibətini öyrənib.Gülnar İlyasova 7Times.az-ın şifahi sorğusuna cavab olaraq bildirib ki,qeyd olunan iddialar əsassızdır və həqiqəti əks etdirmir. //7Times.az//