Axtarış...

BDU Hüquq fakültəsinin 95 illiyinə həsr olunmuş dərslik işıq üzü görüb

BDU Hüquq fakültəsinin 95 illiyinə həsr olunmuş dərslik işıq üzü görüb Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin 95 illiyinə həsr olunmuş “Beynəlxalq idman hüququ” adlı dərslik işıq üzü görüb."Koordinator az"ın məlumatına gprə, dərslik BDU-nun Hüquq fakültəsinin dekanı, hüquq üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevin baş redaktorluğu, hüquq elmləri doktoru, professor Əmir Əliyevin elmi redaktorluğu ilə, “İnsan hüquqları və informasiya hüququ UNESCO” kafedrasının professoru Etibar Əliyev, “Beynəlxalq ümumi hüquq” kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Heydər Qənbərov və “Beynəlxalq xüsusi hüquq və Avropa hüququ” kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Fatimə Hüseynova tərəfindən həmmüəllifliklə hazırlanıb.Azərbaycan Respublikasında, ilk dəfə olaraq, geniş formatda və təhsil standartlarına uyğun tərtib edilmiş bu dərslikdə beynəlxalq idman hüququ ilə bağlı məsələlər əhatəli şəkildə işıqlandırılıb. Burada beynəlxalq idman hüququna, onun institutlarına anlayış verilir, ayrı-ayrı idman növləri üzrə beynəlxalq münasibətlərin və əlaqələrin hüquqi tənzimlənməsinin xüsusiyyətləri şərh edilir.İdman fəaliyyəti sahəsində ən yeni qanunvericilik aktları və çoxsaylı elmi mənbələr əsasında hazırlanmış bu fundamental əsər beynəlxalq idman hüquq elmində mövcud olan boşluqların doldurulmasına xidmət edir. Müasir dövrdə idman sahəsində baş verən qlobal inteqrasiya prosesləri fonunda əhalinin, xüsusən də, gənc nəslin bu istiqamətdə maariflənməsi cəmiyyətdə hüquqi düşüncə və idman mədəniyyətinin formalaşması baxımından dərslik mühüm əhəmiyyətə malikdir.Dərslikdən ali məktəb tələbələri, müəllimlər, hüquqşünaslar, idman hüquq elmi sahəsində çalışan mütəxəssislər, praktik işçilər və digər şəxslər faydalana bilərlər.
Millitv.az
Text-to-Speech

DİNLƏ






Şərh yaz