Axtarış...

Aİİ Heydər Əliyev İrsini Araşdırma Mərkəzi ilə silsilə tədbirlərini davam etdirir

Aİİ Heydər Əliyev İrsini Araşdırma Mərkəzi ilə silsilə tədbirlərini davam etdirir




3 oktyabr 2018-ci il tarixdə Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Heydər Əliyev İrsini Araşdırma Mərkəzi (www.aliyevheritage.org) tərəfindən Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası www.1905.az portalının bazasında keçirilən diskussiyalar silsiləsi davam etdirilib.

Növbəti diskussiya “Heydər Əliyev və milli-mənəvi dəyərlərin qorunması” mövzusuna həsr olunub. Diskussiyada Aİİ-nin müəllimləri - İlahiyyat üzrə fəlsəfə doktoru Əhməd Niyazov, Fəlsəfə elmləri doktoru Ələddin Məlikov, Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin əməkdaşı Gündüz Nəsibov, Mədəniyyət Nazirliyinin əməkdaşı, Siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev, AMEA Memarlıq və İncəsənət İnstitutunun əməkdaşı, Sənətşünaslıq üzrə elmlər doktoru Kübra Əliyeva, kulturoloq Aydın Xan Əbilov və Bülbül adına Orta ixtisas musiqi məktəbinin müəllimi Könül Təhməzova iştirak ediblər. Tədbiri Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin baş direktoru Siyasi elmlər üzrə fəlsəfə doktoru, Əməkdar jurnalist Fuad Babayev idarə edib.

Diskussiyada milli-mənəvi dəyərlərin qorunmasında Ümummilli lider Heydər Əliyevin rolu, dövlət-din münasibətlərinin tənzimlənməsində Azərbaycan modeli və s. mövzular müzakirə edilib. Fikir sahibləri Ümummilli liderin milli-tarixi yaddaşın bərpasına xüsusi önəm verdiyini, mədəniyyətimizi, mənəvi dəyərlərimizi milli varlığımızın, azərbaycançılıq ideologiyasının bir hissəsi kimi dəyərləndirdiyini bildiriblər. Qeyd olunub ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra, xalqımızın mənəvi dəyərlərinin qorunması, onun tarixi yaddaşının, yüksək milli-mənəvi zənginliyinin gələcək nəsillərə ötürülməsi kimi tarixi vəzifəni məhz Ulu öndər Heydər Əliyev həyata keçirib.

Diskussiya iştirakçıları milli-mənəvi dəyərlərimizin formalaşmasında İslamın rolundan da danışaraq, onun xalqımızın mənəviyyatına, dünyagörüşünə böyük təsir göstərdiyini, ölkədə vətəndaş həmrəyliyinin yaranmasında xüsusi əhəmiyyət daşıdığını bildiriblər. Vurğulanıb ki, Ümummilli liderin həyata keçirdiyi uğurlu din siyasəti nəticəsində İslami dəyərlərə, ibadət yerlərinə və din xadimlərinə ayrıca qayğı göstərilib, dövlətlə din arasında qarşılıqlı anlaşma və əməkdaşlıq gücləndirilərək Azərbaycanda dövlət-din münasibətlərinin özünəməxsus modeli formalaşdırılıb.

Müzakirədə dövlət-din siyasətinin hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən yüksək səviyyədə davam etdirildiyi, ölkənin milli-mənəvi dəyərlərinin dünyada tanıdılması və təbliği istiqamətində uğurlu işlərin görüldüyü bildirilib. Qeyd olunub ki, milli-mənəvi və hüquqi dəyərlərə söykənən din siyasəti nəticəsində ölkəmizdə ictimai-siyasi sabitlik, vətəndaş həmrəyliyi, etnik-milli dözümlülük, tolerantlıq mühiti formalaşıb.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz