Son zamanlar Naxçıvan Muxtar Respublikasında maraqlı hadisələr baş verir. Bu barədə DİA.AZ-a göndərilən məqlədə iddia olunur.
Məqalədə daha sonra bildirilir: "Davamlı olaraq Prezidentin xususi numayəndəsi Fuad Nəcəfliyə qarşı müəyyən kampaniyalar təşkil edilir. Belə kampaniyaların başında duran isə hər kəsin yadından çıxmış kimi görünən baş nazir Səbuhi Məmmədovdur.
Naxçıvanda hamı şahiddir ki, Səbuhi Məmmədov Vasif Talıbovun sağ əli olub.
Əvvəlcə mərkəzi bankın sədri sonra 06 fevral 2017 ci ildən Naxçıvan Muxtar Respublikasının Maliyyə naziri, nəhayət 23 may 2020 ci ildən Baş Nazir postunda əyləşib.
Varlığı hiss olunmayan bu adam altdan-altdan Fuad Nəcəfli əleyhinə müəyyən işlər görür. Guya elə vəziyyət yaratmağa çalışır ki, sanki Vasif Talıbov dövrü indiki vəziyyətdən daha yaxşı idi.
Vasif Talıbov dövründən qalan kadrlara da siyasi yollarla bu yöndə tapşırıqlar verir və Muxtar Respublikada vəziyyətin süni şəkildə gərginləşməsi üçün əlindən gələni edir.
Səbuhi Məmmədov həbs olunan Maliyyə naziri Rəfail Əliyev daha çox işləyib və eyni zamanda daha çox maliyyə maxinasiyalarına yol verib.
Rəfail Əliyev 144 milyon yeyibsə, Səbuhi Məmmədov ən azından 288 milyon manat yeyərək dövlət büdcəsinə böyük zərbə vurub..."
Əlavə bilgilərimiz olacaq. İddia olunanlarla bağlı Millitv.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...