Axtarış...

Yusif Qədimbəylinin QƏDİMYANA BƏYLİYİ... - İLGİNC İDDİALAR...

Yusif Qədimbəylinin QƏDİMYANA BƏYLİYİ... - İLGİNC İDDİALAR...


İlk öncə onu qeyd edək ki, 2 nəfərin işlədiyi dönərxanada, 4 nəfərin işlədiyi gözəllik salonunda, dəlləkxanada, yaxud 10 nəfərin işlədiyi restoranda və s ciddi etiraz ola bilməz. Böyük etirazlar böyük işçi qüvvəsinin olduğu məkanda baş verir. Bir az da açıq yazsam, Yusif Qədimbəyli kimilər əslində öz əlləri ilə öz qəbirlərini qazıblar.

Bəli, yaxın zamanda Yusif Qədimbəylinin aqibətini görəcəksiniz. Qısa məlumat üçün qeyd edim ki, söhbət Cənubi Qafqazın ən böyük ticarət mərkəzi olan Sədərək Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəylidən gedir. Bir az da izahat verək ki, bura adi ticarət mərkəzi deyil, hər gün Rusiyadan, Türkiyədən, İrandan, qonşu Dağıstandan, Gürcüstandan və s bura yüzlərlə, minlərlə tacir, sahibkar, biznesmen gəlir. Bura hətta uzaq Çindən yüzlərlə məhsul dolu tırlar gəlir. Adi hesablama ilə bilmək olar ki, Sədərək ticarət mərkəzinin ticarət dövriyyəsi nəinki 100 milyonlar, hətta milyardlarla ölçülür. Bəli, milyardlar sizə təəccüblü gəlməsin. Əgər Vasif Talıbovun oğlunun təkcə İsveç bankında 1 MİLYARDI tapılıbsa, Sədərək ticarət mərkəzi üçün 1 milyard adi rəqəmdir. Sədərək Ticarət Mərkəzində yüzlərlə, minlərlə xırda dükanlar var. İndi burada işləyən insanların sayını, alıcıların sayını təsəvvür edin. Biz yazının girişində dəlləkxana, dönərxana söhbətini əbəs yerə eləmədik. Bəli, burada milyardlarla vəsait dövr edir.
Təsəvvür edin ki, Qafqazın bu boyda Ticarət Mərkəzində vergi, rüsum söhbəti neçə illərdir ki, yoxdur. Deməli, 100 milyionlar, milyardlar vergidən yayındırılıb. Yusif Qədimbəyli deyirmiş ki, buranın vergi naziri də, gömrük naziri də, baş prokuroru da özüməm. Təsəvvür edirsiniz, bu neçə ildə milyadrların dövr elədiyi Ticarət Mərkəzində bircə nəfərə də 1 manatlıq çek verilməyib. Burada yüzlərlə, minlərlə fiziki, hüquqi şəxs çalışır. Və hamısı deyir kİ, özümüz üçün VÖEN açıb vaxtlı-vaxtında vergimizi ödəmək istəyirik. Amma Yusif Qədimbəyli və onun qoçuları deyir ki, pulu bizə verin, vergini biz ödəməliyik. Axı, nəyə görə, sahibkar vergisini özü ödəməməlidir..?
İndi hesablayın ki, bu illər ərzində Yusif Qədimbəyli neçə yüz milyon, milyard vergini oğurlayıb... Biz Yusif Qədimbəylinin əməlləri barədə uzun-uzadı yazmaq istəmirik. Onunla bağlı son məlumatlara nəzər salaq. Xəbər başlıqlarına fikir verin... “Sədərək”də inqilab.... “Sədərəkdə” sahibkarlar ayağa qalxdı... və s.
“Sədərək” Ticarət mərkəzində işləyən sahibkarlar deyir ki, onların ödədikləri vergilər və icarə haqqı üçün onlara heç bir qəbz verilmir. Sahibkarlar yer haqqının tez-tez artırılmasından, karqo xidmətlərinin qanunsuz olmasından şikayət edirlər. Belə ki, bazarda çalışan hər bir sahibkar xaricdən gələn malın öz adına gətirilməsini tələb etsə də... buna nail ola bilmir. Yusif Qədimbəyli deyir ki, yüklər onun şirkətinin adına vurulmalıdır. Və yüklər sahibkarlara qanuni yolla, faktura ilə deyil, razılaşma yolu ilə verilməlidir.
İndi təsəvvür edin də, bura nə deməkdir. Bu hələ harasıdır..? Son vaxtlar Yusif Qədimbəyli göstəriş verib ki.... Hər dükan sahibindən 7-8 min pul alın və sahəsini 10 kv.m böyüdün. Dükan sahibləri deyir ki, bizə sahəni genişləndirməyə ehtiyac yoxdur, biz istəmirik... Amma Yusif Qədimbəylinin qoçuları deyir ki, pulları bura verin, biz bilərik... Naəlac qalan 1000 nəfər dükan sahibi deyir ki, yaxşı 7-8 mini hissə-hissə 500 manat ödəyək. Ay hay. Yusif Qədimbəyli deyib ki, pulu bir dəfəyə verməlisiniz. Hə, Yusif Qədimbəyli, bu dəfə səni nəinki keçmişdə Prezident Aparatında Əli Həsənovun köməkçisi işləyən oğlun Orxan, heç Ramiz Ənvəroviç də xilas edə bilməyəcək. 1000 nəfərlərin ağzını yummaq sizə asan gəlməsin. Bəli, düz oxudunuz Yusif Qədimbəylinin o qədər imkanları artıq olub ki, oğlu gedib çıxıb aparata. Bu haqda növbəti sayımızda. //gundelik-baku.com//
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz