Axtarış...

“Mover”ın rəhbəri: ““Silk Way” və Gömrük Komitəsi bizi sıxışdırıb bazardan çıxardı” - Nazirə müraciət olundu


Ölkənin aparıcı daşıma şirkətlərtindən biri olan “Mover” MMC-nin rəhbəri Arif Şəmistanlı iqtisadiyyat naziri Mikayıl Cabbarova müraciət edib.

Millitv.az yeniavaz.com-a istinadla xəbər verir ki, o bu barədə sosial şəbəkə hesablarında videomüraciət yayıb.

O şirkətin müflisləşmə həddində olduğunu bildirib və bunun səbəbini belə izah edib:

““Silk Way” şirkəti və Dövlət Gömrük Komitəsi öz şirkətlərini önə çəkmək üçün bizi sıxışdırmağa başladılar. Bizi sıxışdırıb bazardan kənarda qoydular. “Mover” 2020-ci ildə daşımaların 30 faizini, 2021-ci ildə 10 faizini, 2022-ci ildə isə 3 faizini həyata keçirirdi. 2023-cü ildə isə “Mover” artıq biabrçı səviyyədə müflisləşmə vəziyyətinə gətirilib”.

A.Şəmistanlı onlara bu prosesdə sıxıntılar yaşadan başlıca şirkəin “Silk Way” olduğunu bildirib.

Sözügedən videomüraciəti təqdim edirik:

VİDEO BURADA: My Webpage
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz