Axtarış...

Cəmşid Naxcıvanski adına litseyin adı dəyişməlidir

Heydər Əliyevin təşəbbüsü ilə 1971-ci ildə Bakı şəhərindəki 2 saylı 8 illik internat məktəbinin bazasında yaradılmış və diviziya komandiri Cəmşid Naxçıvanskinın adl verilmiş hərbi liseyin bu gün həmiş şəxsin adını daşıması xalqımızın adına bir təhqirdir desək, yanılmarıq. Liiseyin yaradılması uzaqgörən addım idi. Buna şübhə yoxdur. Belə ki, hərbi liseyin məzunları Respublikamız müstəqillik əldə etdikdən sonra Azərbaycan ordusunun yaranmasında, vətənimizin ərazi bütövlüyünün qorunması uğrunda mübarizədə həmişə ön cəbhədə olublar. Onlar eyni zamanda, 44 günlük Vətən müharibəsində də büyük şücaətlər göstərmiş və müdavimlərin bir çoxu Şəhidlik zirvəsinə ucalmışdır. Lakin Çəmşid Naxçıvanskinin adının liseydən götürülməsinin vacibliyi başqa mühüm nüansla bağlıdır. Generalın nəvəsi Eminin birinci Qarabaq müharibəsində azərbaycanlılara qarşı vuruşaraq yüzlərlə həmvətənimizi qətlə yetirdiyi üçün Ermənistanın milli qəhrəmanı adına layiq görülməsini yəqin ki, çoxları bilmir. Bu faktı ilk dəfə Bəxtiyar Vahabzadənin oğlu İsfandiyar Vahabzadə gündəmə gətirmiş və sözügedən generalın adının hərbi liseydə olmasını yolverilməz adlandırmışdı. Dūnyanın qəribə işləri var. Bizim məmləkətdə istər mūxalifətdə ol ya olma.Əgər yuxarıda gūclū adamın varsa demək sənə verilən cəza bir o qədərdə aģır olmayacaq. Ölməz şairimiz Bəxtiyar Vahabzadənin oģlu İsfəndiyar bəy13 il bundan əvvəl “525-ci qəzet”də 1937 -ci ildə repressiya zamanı gūllələnmiş general Cəmşid Naxcıvansıkinin nəvəsi Eminlə baģlı dövlətimiz qarşısında həyəcan siqnalı qaldırmışdı. Belə ki, Emin 1 -ci Qarabaģ mūharibəsində azərbaycanlıları qətlə yetirdiyi üçün Ermənistanın milli qəhramanı adına layiq görūlüb. Cəmşid Naxcıvanskinin arvadının erməni olması heç kəsə sirr olmasa da, nəvəsinin Vətən xaini olmasını çoxları bilmir. O vaxt bu yazını oxuyanda düşündüm ki, nə vaxtsa Cəmşid Naxcıvanskinin adı hərbi liseydən götùrūləcək. Amma bu baş vermədi. Düzdür, onun Azərbaycan dövləti qarşısında xidmətləri olub. Həmçinin Kəlbalı xanın, Ehsan xanın nəslindən olub .Onlar isə Naxcıvanın məşhur xanları olublar. Lakin bu, onun erməni qadınla evlənib övladlarını azərbaycanlı, türk düşməni kimi yetişdirməsinə haqq qazandırmır. O ki qaldı Cəmşid Naxcıvanskinin xarici ölkənin birində yaşayan oģlu Eminə, Azərbaycanda bu vətən xaininə qarşı hec bir reaksiya olmadı. Amma akademik Pūstəxanım Əzizbəyova rəhmətə gedəndən sonra babası Məşədi Əzizbəyovun heykəli gòtūrūldū, adına olan metro stansiyası "Koroģlu" adı ilə əvəz olundu. Bu düzgün addım idi. Vətən xainlərinə güzəşt olmamalıdır. Amma bu gūnə qədər hərbi liseyimiz vətən xaininin babası Cəmşid Naxcınskinin adını daşıyır. Halbuki tarixi şəxsiyyətlərin xidmət və cinayətlərinə münasibiət eyni olmalıdır. Onu da oxuculara catdırım ki İsfəndiyar bəy Cəmşid Naxcıvanskinin nəvəsini Qarabağ hadisələri başlanmamşdan əvvəl tanıyıb. İsfəndiyar bəy xarici ölkələrin birində səfir işləyərkən babasi azərbaycanlı bu dıģa təsadūfən İsfəndiyar bəylə rastlaşıb. Bu təsadūfū görūşdə İsfəndiyar bəy onu qınağa cəkmiş, babası Cəmşid Naxcıvsnskinin şərəfli həyat yolunu onun bir daha yadına salmış, əli azərbaycanlıların qanına batmış nəvəsinin isə böyūk gūnah sahibi olduģunu ona çatdırmişdı. .Amma bu dığa Ermənistanın milli qəhramanı olması ilə bir daha fəxr edərək deyib: "İsfəndiyar, bunun hec bir əhəmiyyəti yoxdur”. Mən bu mövzunu oxucuların mühakiməsinə buraxıram.
Mirzəağa Məmmədli
Text-to-Speech

DİNLƏ






Şərh yaz