Axtarış...

Xırdalanın axundu istefa verdi

Xırdalanın axundu istefa verdi


Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi tanınmış axund Azər Saninin işdən çıxarılmasını təsdiqləyib.

Qurumun mətbuat xidmətindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Abşeron rayonu, Xırdalan şəhər məscidinin imamı Qafarov Azər Vaqif oğlu öz ərizəsi ilə imam vəzifəsindən azad olunub.

***

Xırdalanın axundu işdən çıxarılıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, Xırdalan cümə məscidinin axundu Azər Sani bu gün sonuncu cümə namazını qılıb.

O, namazdan sonra elan edib ki, bu gündıən sonra Xırdalan məscidində axund kimi namaz qılmayacaq.

Qeyd edək ki, Azər Sani Xırdalan və ətraf ərazilərdə tanınmış din xadimidir. //lent.az//
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz