Astara rayon Polis Şöbəsinin rəisi vəzifəsindən azad olunub.
Millitv.az Lent.az-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, polis polkovniki Azər Cahangirov vəzifəsindən azad olunub.
Onun hansı rayona rəis təyin ediləcəyi barədə əlavə məlumatı təqdim edəcəyik.